“Yaşıl iqtisadiyyat”ın vergi-sosial güzəştləri...
03.07.2024 [10:20]
“Yaşıl iqtisadiyyat” quruculuğu yolunda iradəli siyasət yürüdən Azərbaycan hökuməti bu strategiyadan irəli gələn beynəlxalq təşəbbüslərə də olduqca açıqdır və dünyada tətbiq edilən qabaqcıl modelləri mənimsəyir. Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdən biri kimi ekoloji, sosial və korporativ idarəetmədə də “yaşıl prinsiplər”in tətbiqi əsas yer tutur. Qlobal miqyasda ESG prinsipləri (Environmental, Social and Governance) qəbul edilən ekoloji, sosial və korporativ idarəetmə amilləri dövlətin ekoloji siyasətə mövqeyini əks etdirir, eyni zamanda, şirkətlərin korporativ iqlim siyasəti, enerjidən istifadədə səmərəlilik, təbii resursların qorunması və tullantıların idarə olunması və digər məsələlərə həssaslığının göstəricisi kimi qəbul edilir.
Hökumət bərpaolunan enerji sektorunun inkişafı, bu sahəyə investorların cəlb olunması, ətraf mühitə buraxılan qaz emissiyalarının azaldılması üçün alternativ enerji vasitələrinin geniş tətbiqi və digər prioritetlər üzrə müxtəlif stimullaşdırıcı alətlərdən, iqtisadi motivasiyalardan istifadə edir, qanunvericilikdə bir sıra güzəşt, imtiyaz və dəstək tədbirləri nəzərdə tutur. Həmin güzəşt və imtiyazların sırasında “yaşıl vergi” güzəştləri xüsusi əhəmiyyət kəsb edir. Məqsəd Bakı və digər böyük şəhərlərdə havanın keyfiyyətinə mənfi təsir göstərən nəqliyyat vasitələrinin tədricən sıradan çıxarılmasıdır. Həmin siyasətə uyğun olaraq avtomobil bazarında ekoloji cəhətdən təmiz maşınların idxalının və istifadəsinin stimullaşdırılması və vergi güzəştlərinin tətbiqinə yer verilməkdədir. 2019-cu ildən etibarən, mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına və sıxılmış qazla işləyən avtobuslara güzəştlər tətbiq olunmağa başlanılıb.
Vergi Məcəlləsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı 2019-cu ildən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 3 il müddətinə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı 4 il müddətinə ƏDV-dən azad olunub. Sürücü daxil olmaqla, 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azaddır.
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri və avtomobillər üçün ikinci və üçüncü səviyyəli enerji doldurucularının idxalı gömrük rüsumundan azad edilib.
Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, COP-29 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunub. Habelə, əhali qrupuna daxil olan aktiv istehlakçının bərpaolunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir gəlir vergisindən azaddır. Həmçinin, bərpaolunan enerji sahələrindən biri - Balaxanı Sənaye Parkının rezidentləri 10 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azaddır. Vergi Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə vergidən azad edilib.
“Yaşıl iqtisadiyyat” quruculuğunda stimullaşdırıcı və təşviqedici tədbirlər sırasında S komponenti (sosial məsələlər) üzrə güzəştlər də olduqca əhəmiyyətlidir. Bu komponent üzrə əsas güzəştlər işçilərə verilən imtiyazlardır. Bu çərçivədə əmək qanunvericiliyində əhalinin sosial həssas qruplarından olan işçilər üçün bir sıra güzəşt və əlavə təminatlar əks olunub. “Məşğulluq haqqında” qanuna əsasən, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan işaxtaran və işsiz şəxslərin işlə təminatına xüsusi yer verilib. Əmək qanunvericiliyində həssas qrup üzrə güzəştlərə əsasən, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilir. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş işçilər, hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, yaşı 18-dən az olan işçilər və digər kateqoriyalardan olan işçilərin attestasiyası keçirilmir. Əmək Məcəlləsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir.
“Yaşıl enerji” strategiyasında təşviqlərdən biri kimi G komponenti (idarəetmə sahəsi) üzrə güzəşt və azadolmalar da mühüm əhəmiyyətə malikdir. Bu əsas etibarilə maliyyə sektorunu əhatə edir. Bu çərçivəyə uyğun olaraq, Mərkəzi Bankın müvafiq qərarı ilə banklarda korporativ idarəetmə standartları ESG prinsiplərinə inteqrasiya edilib. Bu maliyyə və qeyri-maliyyə risklərinin idarə olunmasında ESG amilini nəzərdə tutur. Eləcə də 2023-cü ildə yeni ticarət və ticarət sonrası elektron sistemi istifadəyə verilib ki, sistem investorların fond birjası vasitəsilə məsafədən ticarətinə imkan verən müvafiq proqram təminatlarının inteqrasiyasına imkan verir.
Göründüyü kimi ESG-nin əsas komponentlərindən biri olan “yaşıl vergi”lərin, sosial güzəştlərin, “yaşıl maliyyə” texnologiyalarının tətbiqi birbaşa “yaşıl enerji” strategiyasının əsas prioritetləri kimi ön planda durur və bu siyasət tədbirlərinin əhatəsinin daha da genişləndirilməsi istisna deyil.
ELBRUS
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35

