İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlasa da...
21.09.2024 [07:36]
Funt-sterlinq bahalaşaraq dollar qarşısında dəyərini artırıb
ABŞ-ın Mərkəzi Bankının (FED) sentyabrın 18-də aşağı uçot siyasəti ilə bağlı qərarının ardınca Böyük Britaniya hökumətinin də anoloji addım atacağı gözlənilirdi. Avqustun sonlarından bəri ingilis maliyyəçiləri inflyasiya və mövcud iqtisadi artım tempinin azalması fonunda hökumətin uçot dərəcəsini azaldacağının anonsunu verirdi. Treyder və bazar iştirakçıları Mərkəzi Bankın uçot dərəcəsini 0,25 faiz aşağı salacağını ehtimal edirdilər. Ancaq məsələ ondadır ki, Böyük Britaniyada da maliyyə sektorunda müəyyən çətinliklər müşahidə edilir. Hökumətin cari ilin əvvəllərində əməkhaqqı artımından sonra xidmət qiymətləri bahalaşaraq inflyasiyasını də yüksəldib, ölkədə iqtisadi artımın yavaşlaması isə fiskal yığımların nizamını pozub. Bu səbəbdən dövlət büdcəsinin kəsiri böyüyüb.
Büdcədə 22 milyard funt-sterlinq kəsir yaranıb...
Britaniyanın maliyyə naziri Reyçl Rivz 2024-cü ilin dövlət büdcəsinin birinci yarısının icrası ilə bağlı vəziyyəti şərh edərəkən büdcədə 22 milyard funt-sterlinq kəsir olduğunu deyib. Nazir büdcəyə daxil olan vergi gəlirləri ilə gözlənilən xərclər arasında balansın pozulduğunu xatırladaraq bunu əvvəlki hökumətin iqtisadi gəlirlər proqnozunu yerinə yetirə bilməməsi ilə səciyyələndirib. Onun fikrincə, hökumət bir sıra yersiz maliyyələşdirmə ilə büdcədə milyardlarla funt-sterlinqin izafi sərfinə səbəb olub. Nazir Britaniya iqtisadiyyatının əsaslarını düzəltmək üçün təcili tədbirlər görülməsini, büdcədəki boşluğu aradan qaldırmaq məqsədilə milyardlarla funt-sterlinq dəyərində təcili ixtisarlar edilməsini təklif edib. Çıxış yollarından biri kimi bəzi yol-nəqliyyat, dəmir yolu layihələrinin ixtisara salınması, xarici məsləhətçilərlə bağlı xərclərin azaldılması irəli sürülüb.
Bütün bunların müqabilində Böyük Britaniya Mərkəzi Bankı ABŞ FED-inin qərarının yaratdığı ajiotajdan ehtiyat edərək təmkinli pul-kredit siyasəti yürütməyə qərar verib. Pul Siyasəti Komitəsi üzvləri sabit uçot dəhlizi ilə yanaşı, növbəti 12 ay ərzində Mərkəzi Bankın balansında olan dövlət istiqrazlarının həcminin 100 milyard funt-sterlinq azaldılaraq 558 milyard funt-sterlinqə salınması qərarını yekdilliklə dəstəkləyiblər. Beləliklə, ingilis hökuməti hazırda daha çox məhdudlaşdırıcı pul siyasəti yürüdərək inflyasiya risklərinə əsasən addım atmağa çalışır.
Funtun bahalaşması birjalarda nikbinliyə səbəb olub
Onu da qeyd edək ki, ABŞ və ya Avrozona ölkələrinin maliyyə sistemindən fərqli olaraq Böyük Britaniyada valyuta volalitliyi yaxşıdır, birjalarda valyuta indeksi nominal və effektiv məzənnəsini möhkəmləndirir. Bunu ingilis pulu - funt-sterlinqin bazar dəyərinin bahalaşması da təsdiqləyir. Belə ki, İngiltərə Bankının sabit pul-kredit stavkasına baxmayaraq, funtun ABŞ dollarına nisbətdə məzənnəsi artaraq 2022-ci ilin martından bəri ilk dəfə 1,33 dolları ötüb. Sözsüz ki, burada ABŞ Mərkəzi Bankının uçot dərəcəsinin aşağı salınması barədə qərarından sonra valyuta bazarlarında dalğalanmalar da təsiredici rol oynayır. Çünki FED-in faiz qərarı fonunda bir çox aparıcı valyuta cütlüklərində və birja indekslərində, eləcə də qızılın qiymətində yüksək volatillik müşahidə olunur. Avro dollara nisbətdə 2 gün ərzində 1,106 nisbətindən 1,118 həddinə qədər bahalaşıb. Beynəlxalq valyuta birjalarında ingilis funtunun aparıcı valyutalar sırasında xüsusi mövqeyini nəzərə alsaq dollara nisbətən bahalaşma gözləniləndir. İngilis pulunun bahalaşması bu ölkənin müəyyən dərəcədə birja indekslərinin də yaxşılaşmasına, investorlar üçün nikbinliyə rəvac verib.
“Bloomberg”: Dollar ucuzlaşacaq, avro və funt bahalaşacaq...
Analitiklər hesab edirlər ki, qarşıdakı dövrdə avro və ingilis funtunun dollar qarşısında möhkəmlənməsi davam edəcək. Proqnozlara əsasən, dollarla bağlı yenidən sıxıntılar gözlənilir. FED-in yumşaq pul siyasəti və gələn il maliyyələşdirmə dərəcəsini neytral səviyyəyə endirməsi ilə bağlı proqnozlar da dolların bir qədər də ucuzlaşması tendensiyasını şərtləndirir. “Bloomberg”in apardığı sorğuya görə, 2025-ci ildə avro, yen, Kanada və Avstraliya dollarının və Böyük Britaniya funtunun dollar qarşısında bahalaşacağı gözlənilir. Avrozonada iqtisadi artım proqnozlarının aşağı düşməsi və bu region ölkələrinin maliyyə yığımlarında kəsirlərin, borcların artması fonunda hazırda daha təmkinli və qənaətli pul-büdcə siyasəti yürüdən Böyük Britaniyanın maliyyə sistemində dayanıqlılıq daha ümidverici görünür. Bu konteksdə funtun həm də avro qarşısında da dəyər qazanacağını ehtimal etmək mümkündür.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

