Xidmət rəisi: Yaşıl iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür
25.09.2024 [13:38]
Yaşıl iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir.
“Ətraf mühitin qorunması üçün bir çox tədbirlər həyata keçirilir və vergi alətləri də bu tədbirlərə fəal dəstək verir. Biz hesab edirik ki, ölkədə dayanıqlı iqtisadi inkişafın və iqlim əsaslı yaşıl iqtisadiyyata keçidin təmin edilməsi yalnız vergiqoyma siyasəti və yaxud bizneslərin üzərinə əlavə vergiqoyma ilə deyil, həm də bərpaolunan enerji mənbələrindən istifadə və yaxud “yaşıl texnologiyalar”dan istifadənin vergilərlə təşviqi hesabına mümkündür. Ölkəmizdə aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları qəbul edilib. Elektrik və hibrid avtomobillərə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına, habelə əhali qrupuna daxil olan aktiv istehlakçılar tərəfindən bərpaolunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin müəyyən hədd daxilində elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan təşviqləri nümunə göstərmək olar. Yaşıl enerjinin istehsalını həyata keçirənlər üçün iqtisadi stimulların verilməsi gündəmimizin prioritetidir”, - deyə DVX rəisi əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

