Kibertəhlükəsizliyə qarşı Bakı Bəyannaməsi...
28.09.2024 [10:52]
Azərbaycan dünya ölkələrini kiberdiplomatiya platformasında birləşdirir
Son zamanlar bütün dünya ölkələrində, eləcə də Azərbaycanda elektron sistemlərə və informasiya məkanına, o cümlədən bu sistemin tərkib hissələri olan dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, maddi və qeyri-maddi resurslara çoxşaxəli hücumlar genişlənməkdədir. Qloballaşmanın daha da dərinləşməsi, eləcə də rəqəmsal ticarətin və maliyyə-bank xidmətlərinin elektronlaşması bu təhdidləri daha da yüksəldir. Kiberterrorlar informasiya sistemlərinin işini pozmaqla yanaşı, insanların şəxsi həyatına təhlükə törədərək onlara maddi zərər vurulması ilə nəticələnir.
Eləcə də dünya miqyasında, o cümlədən Azərbaycanda fəaliyyət göstərən kiberdələduzların son vaxtlar elektron ticarət platformalarında, rəqəmsal biznesdə insanların aktivliyini nəzərə alaraq fişinq cəhdləri və “keylogger” proqramları vasitəsilə fərdi məlumatları ələ keçirərək onların kartlarına müdaxilələri artıb. Nüfuzlu biznes qurumları, bank və sığorta, reklam, turizm, sənaye və ticarət şirkətlərinin adlarından saxta yollarla fişinq edən bu dələduzların vətəndaşların kart məlumatlarına müdaxiləsi nəticəsində vəsaitlərini oğurlaması hallarının qarşısını almaq isə çətinləşir. Bu hallar kiberşəbəkənin cinayət sxemlərinin bir hissəsidir, gizli fəaliyyətlərin müxtəlif vasitələri meydana çıxır və hər dəfə yeni inandırıcı texnoloji alətlərdən istifadə olunur.
Bakıdan verilən mesajlar...
Məhz bu səbəblərdən kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə ən başlıca məsələyə çevrilib və mütəşəkkil vahid əlaqələndirilmiş fəaliyyət tələb edir. Kiberdiplomatiya üsulları da məhz bu istiqamətdə müxtəlif ölkələrin xüsusi rabitə və texnologiyalar, təhlükəsizlik orqanları ilə yanaşı, bank, sığorta, e-ticarət, sosial media və digər qurumların daha sıx və fəal işləməsini ehtiva edir. Bu baxımdan sentyabrın 25-də regionda ilk dəfə Azərbaycanda keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda verilən mesajlar bu istiqamətdə yeni yol xəritəsinin hazırlanması üçün fürsət hesab edilə bilər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin də qeyd etdiyi kimi ölkəmizin bu konfransa ev sahibliyi etməsi Azərbaycanın qlobal aləmdə informasiya təhlükəsizliyi və sürətlə inkişaf edən kiberdiplomatiya sahəsində nüfuzunun göstəricisidir.
Qlobal icmanın Bakı toplantısı zamanı verilən mesajlar dünya üçün təhdidlərin qarşısının alınmasında birgə mövqenin ortaya qoyulması və yeni həll yollarının irəli sürülməsi, kibersabitlik üçün tərəfdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadilələrinin bölüşdürülməsi, innovativ mexanizmlərin əlaqələndirilməsi baxımından bütün imkanları səfərbər etməyə zəmin yaradacaq.
Hər ildə 1 trilyon dollardan çox kiberzərər...
Ümumdünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına əsasən, kibertəhlükələr bu gün dünyanın üzləşdiyi risklər sırasında ilk yerlərdən birinə çevrilib. Bu isə ölkələrin və insanların məlumatlar bazasının ələ keçirilməsi ilə yanaşı, hədsiz dərəcədə böyük maliyyə itkilərinin yaranmasına səbəb olmaqdadır.
Ümumdünya Kibertəhlükəsizlik Təşkilatının (GISEC) məlumatına əsasən, kiberhücumlar qlobal miqyasda son 4 ildə daha da artıb və kibercinayətkarlıq qlobal iqtisadiyyata hər il 1 trilyon dollardan çox ziyan vurur. Təkcə, 2024-cü ilin birinci yarısında beynəlxalq miqyasda kiberhücumlar 30 faiz artıb və zərərlərin maddi dəyəri 100 milyonlarla dollara bərabərdir. Təhdidlərin artmasının səbəbləri arasında yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili xüsusi yer alır. Hakerlər daha çox fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə alır.
Kiberdiplomatiya ölkələr qarşısında hansı çağırışları qoyur?
İlk növbədə, kiber təhdidlərə qarşı mübarizə aparmaq üçün rəqəmsal infrastruktunun möhkəmləndirilməsi əsas şərtlərdən biridir. Bu, hədsiz dərəcədə böyük tədbirlər sistemini əhatə edir və rəqəmsal sahədə fərdlərin, şəxsi məlumatlarının qorunmasından tutmuş dövlətin konfedensial resursların informasiya təhlükəsizliyinin etibarlı mühafizəsi üçün güclü arxitekturanın yaradılması nəzərdə tutur. Bakı konfransında da bu məsələ xüsusi olaraq qabardıldı.
Digər çağırış sürətlə inkişaf edən texnologiyaların imkanlarından kiberməqsədlər üçün istifadə edən mühəndislərin yaratdığı risklərin adekvat qarşısının alınmasıdır. Bu, sosial media platformaları, bank, e-ticarət və digər rəqəmsal əməliyyatların bütün iştirakçılarının riskə davamlı yeni alətlər hazırlamaq məsuliyyətini ortaya qoyur.
Kiberdiplomatiya institununun qarşısında dayanan ən mühüm məsələlərdən biri də peşəkar kadr təminatıdır. Hazırda qlobal mühitdə kibertəxribatların dərin nüfuz etməsi mütəxəssislərin yetərsizliyi ilə bağlıdır. İnsan resursları və potensialı, həmçinin gənc nəsil mütəxəssislərin yetişdirilməsi gələcəkdə kibertəhlükəsizliklə bağlı problemlərin həllində xüsusi rol oynaya bilər. Ona görə də, peşəkar İT mütəxəssislərinin yeni risk texnologiyaları üzrə inkişaf etmiş ölkələrdə təliminin artırılması da vacib şərtdir.
QUAD ölkələri və Türkiyənin yeni planları...
Hazırda dünya ölkələrinin böyük əksəriyyəti öz strateji təhlükəsizlik arxitekturasını möhkəmləndirmək üçün yeni hüquqi çərçivələr hazırlayır ki, bu da kiberdiplomatiyanın hədəf prinsiplərinə daxildir. Bir müddət əvvəl Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) ölkələri - ABŞ, Hindistan, Yaponiya və Avstraliya ümumi kibertəhlükələrlə mübarizə sahəsində əməkdaşlığı gücləndirmək, qarşılıqlı fəaliyyətə əsaslanan rəqəmsal mühafizə sistemi qurmaq barədə razılaşma əldə edib. Kiberməkanda təhlükəsizlik vəziyyətinin pisləşməsi şəraitində QUAD ölkələri dövlət tərəfindən maliyyələşdirilən subyektlərdən, kibercinayətkarlardan və digər qeyri - dövlət zərərli subyektlərdən gələn ümumi təhdidlərə qarşı çıxmaq üçün kibertəhlükəsizlik sahəsində tərəfdaşlığı gücləndirmək niyyətini bəyan edib. Avropa regionunda da bu formata uyğun yeni əməkdaşlıq sxemləri hazırlanmaqdadır. Aİ ölkələri də kibermühitdə artan təhdidlər haqqında daha geniş məlumat mübadiləsi yolu ilə kollektiv şəbəkə müdafiəsini gücləndirmək və texniki imkanları inkişaf etdirmək üçün birgə konkret addımlar atmağı düşünür.
Qardaş Türkiyə hökuməti isə ölkənin milli informasiya sisteminin mühafizə seqmentlərini daha da möhkəmləndirmək üçün kibertəhlükəsizlik üzrə yeni nazirlik yaratmaq niyyətini elan edib. Bununla bağlı qanun layihəsi oktyabr ayında Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılacaq. Birbaşa Prezident Administrasiyasına tabe olacağı nəzərdə tutulan nazirlik bütün rəqəmsal sektorlara nəzarət edəcək.
Azərbaycanın strateji baxışı...
Azərbaycanın informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Ölkəmizdə kiber təhlükəsizliyə nəzarəti həyata keçirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti davamlı olaraq dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini üçün birgə tədbirlər görür. Hər il “AzstateNet” dövlət şəbəkəsində yeni nəsil mühafizə avadanlıqları vasitəsilə zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə bloklanır, eləcə də virus tərkibli sənədlər xüsusi “Sandbox” mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınır. Ancaq bütün bunlara baxmayaraq, ölkəmiz kiberinfrastrukturunun mübarizələrə hazırlıq səviyyəsini daha da artırmaq üçün dünya birliyi ilə sıx təmasları diqqətdə saxlayır, fəaliyyətini gücləndirməyə yönələn əlavə tədbirlər planlaşdırır, kiberdiplomatiya ailəsinin üzvü kimi səylərini artırmağa çalışır.
Beləliklə, Bakı konfransı bir daha təsdiqlədi ki, dünya ölkələri kibermüharibədə yeni hüquqi çərçivələrin hazırlanması və potensialların artırılması istiqamətində öz diplomatik səylərini və təşəbbüslərini birləşdirməkdə qərarlıdır. Kiberdiplomatiya konfransında qəbul edilən Bakı Bəyannaməsi isə kibertəhlükəsizlik və kiberdiplomatiya sahəsində daha əhatəli və səmərəli yanaşmanın inkişafına, yeni strateji planların hazırlanmasına töhfə verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

