Bakı hava limanında sərnişin daşınması 33 faiz artıb
08.10.2024 [12:38]
Cari ilin ilk 9 ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 5,725 milyon sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur (4,305 milyon sərnişin).
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstəricilər Bakı hava limanının həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyətini artırır, müasir və rahat səyahət imkanlarının genişlənməsini nümayiş etdirir.
Bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 40 aviaşirkət tərəfindən 80-dən çox istiqamətə ümumilikdə 45 min 205 reys yerinə yetirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artım deməkdir. Genişləndirilən marşrutlar sərnişinlərə daha çox səyahət seçimləri təqdim edərək onların ümumi təcrübələrini təkmilləşdirib.
Beynəlxalq istiqamətlərdə sərnişinlərin 52 faizi və ya 2,680 milyon nəfəri məhz xarici aviaşirkətlərin xidmətlərindən istifadə edib. Ən populyar beynəlxalq istiqamətlər arasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi və Dehli şəhərləri üstünlük təşkil edib. Bu istiqamətlər üzrə ümumilikdə 2,539 milyondan çox sərnişin daşınıb.
AZAL-ın ümumi sərnişin dövriyyəsi 41 faiz artaraq 3,054 milyonu keçib. Onlardan 2,467 milyonu beynəlxalq marşrutlarla daşınıb.
Naxçıvan istiqamətində isə artan uçuş tezliyinə qarşı sabit tələbat nümayiş olunub. Doqquz ayda bu marşrut üzrə sərnişin axını cəmi 6 faiz artaraq 567 min nəfərə çatıb. Uçuşların sayı isə həmin dövr ərzində 28 faiz artıb və 2651 reys yerinə yetirilib. Bakı-Naxçıvan istiqamətində hazırda orta hesabla gündəlik 12 reys təşkil olunur ki, bu da sərnişinlər üçün səyahət planlaşdırmasında daha çox çeviklik yaradır.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu gələcəkdə də sərnişinlər üçün təhlükəsizlik, rahatlıq və xidmət keyfiyyətini ön planda saxlayaraq innovativ həlləri tətbiq etməyə davam edəcək. Hava limanı beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək sərnişinlərə yeni istiqamətlər və daha geniş səyahət imkanları təqdim etməyə çalışır.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
Gündəm
22 Sentyabr 12:10
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15

