İqtisadi inkişaf göstəriciləri yüksəlib
13.12.2024 [10:11]
Qeyri-neft sektorunda ÜDM 6,4 faiz böyüyüb
2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 113 milyard 282,4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb. Eləcə də sənayedə, xüsusən də qeyri-neft sənayesində artım meyilləri yüksəlib. Ötən 11 ay ərzində 60 milyard manata yaxın sənaye məhsulu istehsal edilib ki, istehsalın əsas mənbəyini 8,8 faiz artımla qeyri neft-qaz sektoru təşkil edir.
Ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitində iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, qeyri-neft resurslarının yüksək artımları müqabilində ilin sonunda ümumi daxili məhsulun 5-6 faiz təşkil edəcəyi fərz olunur.
Vergi və sosial sığorta yığımlarında artım qeydə alınıb
2024-cü ilin 11 ayı ərzində biznesin aktivliyinin yüksəlməsi fiskal yığımların həcmini də artırıb, vergi orqanlarının xəttilə dövlət büdcəsinə 14 milyard 993 milyon manata yaxın vergi daxil olub. Fiskal yığımların 68,6 faizi qeyri-neft-qaz sektorunun, 31,4 faizi isə neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 286,2 milyon manatdan artıq olub ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur. Qeyd edilən dövrdə sosial yığımlarda da artım qeydə alınıb. Muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin yanvar-noyabr aylarına nisbətən 13 faiz artaraq 3,4 milyard manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 183,9 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,8 faiz artıb və 139,1 milyon manatdan çox təşkil edib. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 913,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,8 faiz artıb və 651,2 milyon manat təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında əsas kapitala 15,9 milyard manat məbləğində investisiya yönəldilib. İnvestisiyaların 8,1 milyard manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5,6 milyard manatı (35,3 faizi) xidmət sahələrinə, 2,2 milyard manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.
Əhalinin gəlirləri artıb, inflyasiya isə sabit qalıb
2024-cü ilin ötən 11 ayında digər müsbət göstəricisi inflyasiya ilə bağlıdır.Bu dövrdə istehlak qiymətləri indeksi 2 faiz təşkil edib. Hesabat dövründə əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb ki, bu da uğurlu sosial-iqtisadi dinamika hesab edilə bilər. İqtisadiyyatda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Əhalinin real gəlirləri və bank dividentlərindən qazancı da 7-10 faiz arasında artıb.
Asiya Bankı da Azərbaycanın artım proqnozunu yüksəldib
Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr ayları üzrə makroiqtisadi göstəricilərdə qeydə alınmış müsbət dinamika Azərbaycan iqtisadiyyatının ili yüksək inkişaf proqnozları ilə tamamlayacağına əsaslar yaradır. Hazırda Azərbaycanda ÜDM-in 5 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini təsdiqləyir. Bu tempin ilin sonunda və növbəti ildə də davam edəcəyi, qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyi gözlənilir.
Yeri gəlmişkən, Asiya İnkişaf Bankının (AİB) ötən gün açıqladığı “Asian Development Outlook 2024” icmalında Qafqaz və Mərkəzi Asiya regionunda cari il üçün iqtisadi artım proqnozlarına dəyişikliklər edilib ki, burada əsas müsbət məqam Azərbaycanla bağlıdır. Belə ki, Bank yenilənmiş makroiqtisadi göstəricilər xülasəsində Azərbaycanda ÜDM-in illik artım proqnozunu 4,7 fazidən 4,9 faizə yüksəldib. AİB Azərbaycanla bağlı inflyasiya proqnozlarını isə dəyişməz saxlayıb.
Ölkə iqtisadiyyatında əlavə dəyərin artımı əhalinin hər nəfərində düşən ÜDM-in də həcminin yüksəlməsinə səbəb olmaqdadı və bu göstərici növbəti illərdə daha da çoxalacaq. Hazırda bu rəqəm 11 min 104 manat və ya 6534 dollar təşkil edir. İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ildə adambaşına düşən ÜDM-nin 7412 dollara, 2028-ci ilin sonuna isə 8522 dollara çatacağı fərz edilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

