Rəqəmsal polad magistral
04.06.2025 [09:54]
Azərbaycan TRASECA və Orta Dəhlizdə geniş rəqəmsal platforma yaratmaqdadır
Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və regionun əlaqələndirilməsində əsas rol oynayır. Nəqliyyat infrastrukturlarını müasirləşdirən Azərbaycan qlobal dəhlizlərin ən mühüm tərkib hissəsinə çevrilən dəmir yolu nəqliyyatını da modernləşdirməklə tərəfdaş ölkələrlə sıx platforma yaratmaqdadır. Bu barədə Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) baş katibi Asset Assavbayev bildirib. Qeyd edib ki, Azərbaycan həm də nəqliyyat sektorunun, o cümlədən dəmir yolunun rəqəmsallaşdırılmasında fəal rol oynayır. Hazırda nəqliyyat sahəsində texnoloji dəyişikliklərin sürətlə baş verdiyi bir dövrdə rəqəmsallaşma hər bir ölkə üçün əhəmiyyət daşıyır və bu prosesdə Azərbaycanın təcrübəsini öyrənmək uğurlu imkanlar deməkdir.
Dəmir yolunda rəqəmsallaşma nədir?
Müasir dövrdə nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması dünya ölkələrinin qarşısında duran əsas çağırışlardandır. Rəqəmsallaşma müasir İT imkanlarından istifadə etməklə məlumatların daha dəqiqliyi, müştərilərin vaxtına qənaət edilməsi, ölkələrarası inteqrasiya nəticəsində məlumatların daha sürətli və dəqiq ötürülməsi, qatarların onlayn izlənilməsi və s. kimi funksionallığa şərait yaradır. Həmçinin əməliyyat səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyət kəsb edir. Qabaqcıl rəqəmsal texnologiyalardan istifadə həm də dəmir yolu nəqliyyatında kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanın regional tranzit dəhlizlərindəki rolunun artması rəqəmsallaşma ilə bağlı tədbirləri də həyata keçirməsini zəruri edir. Bunun üçün zəruri infrastrukturların yaradılması, fiberoptik şəbəkə sisteminin təmin edilməsi əsas şərtlərdən biridir. Asiya Bankının Mərkəzi və Qərbi Asiya üzrə regional direktoru Yevgeni Jukov bildirib ki, modernləşdirilmiş rəqəmsal dəmir yolu sistemi Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə əlaqələndirilməsində mühüm rol oynayır. Bu kontekstdə rəqəmsal transformasiya bu dəhlizdə Azərbaycanın rolunu da dəstəkləyəcək.
Qeyd edək ki, Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində Azərbaycanın nəqliyyat-logistika və tranzit imkanlarından bəhs edilərkən ölkəmizin Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit ölkəsi kimi mövqeyi xüsusi vurğulanıb, bu qlobal nəqliyyat potensialının artırılması üçün yeni innovativ səylərin birləşdirilməsinin vacibliyinə toxunulub. Qeyd edilib ki, Azərbaycan Orta Dəhlizdə fəallığını artırmaq üçün öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünün artırılması, yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi üçün əhəmiyyətli tədbirlərin görülməsi Orta Dəhlizin perspektiv güc balansına hesablanıb. Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi və digər innovativ həllər rəqəmsallaşma strategiyasının tərkib hissəsidir.
“Maneəsiz Rəqəmsal Dəhliz” sistemi qurulur
Orta Dəhliz ailəsi üçün hazırda həllivacib olan əsas məsələlərdən biri vahid rəqəmsal platformanın yaradılmasıdır. Bu platforma çərçivəsində bütün ölkələrin rəqəmsal sistemlərinin inteqrasiyası əsas prioritetlərdən biridir və layihədə iştirak edən ölkələrin hər biri rəqəmsallaşma ilə bağlı öz siyasətlərini birləşdirməyə çalışacaq. Bir müddət əvvəl həmin ekosistemin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridoru (Digital Trade Corridor) yaradılıb ki, Azərbaycan və Qazaxıstanın dəmir yollarının informasiya sistemləri gömrük modullu bu sistemə inteqrasiya olunub, Gürcüstan dəmir yollarının da sistemə qoşulması planlaşdırılır. Digər ölkələrin də növbəti ilə qədər bu rəqəmsal sistemə inteqrasiyasının başa çatdırılması və 2025-ci ildə “Maneəsiz Rəqəmsal Dəhliz”in işə salınması nəzərdə tutulur. Bu sistemin maliyyə təminatında Asiya İnkişaf Bankının aparıcı rol oynaması təqdir edilə bilər. Bu, həm də “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında bankın iştirakçılığı deməkdir.
Beləliklə, Azərbaycanın nəqliyyat sektorunun polad magistrallarının rəqəmsallaşdırılması Orta Dəhlizin də rəqəmsal arxitekturasının müasirləşməsinə imkan yaradacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52

