Avropada anbarlara 32 milyard kubmetr qaz doldurulub
15.07.2025 [19:27]
Avropa İttifaqı ölkələri qışa hazırlıq çərçivəsində yanacaq ehtiyatlarını artırmaq məqsədilə yeraltı anbarlara təxminən 32 milyard kubmetr təbii qaz doldurub.
AZƏRTAC xəbər verir Gas Infrastructure Europe assosiasiyasının məlumatına görə, bu göstərici anbarların 90 faiz doldurulması hədəfinə (61 milyard kubmetr) çatmaq üçün nəzərdə tutulan həcmin yarıdan çoxunu təşkil edir.
İyulun 13-də Avropa ölkələrində anbarlara qaz vurulması 402 milyon kubmetr, qaz çıxarılması isə 23 milyon kubmetr təşkil edib. Hazırda Avropadakı yeraltı qaz anbarlarının 62,98 faizi doludur. Bu, son beş ilin eyni dövrü üzrə orta göstəricidən 8,98 faiz azdır.
Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il noyabrın 1-dək anbarların ən azı 90 faizini doldurmalıdırlar. Bunun üçün anbarlara azı 61 milyard kubmetr qaz vurulmalıdır.
Mütəxəssislərin sözlərinə görə, Avropa Komissiyasının müvafiq tələbi bazardakı qiymətlərə əlavə təzyiq göstərir. İyun ayında Avropada qazın orta topdansatış qiyməti min kubmetr üçün təqribən 439 dollar, iyulda isə 416 dollar səviyyəsində formalaşıb.
Eyni zamanda, cari ilin yay mövsümünün əvvəlindən Avropa ölkələri 43 milyard kubmetr maye qaz idxal ediblər. İyunda Avropaya rekord həcmdə maye qaz idxal edilib – 12,2 milyard kubmetr. İyul ayında da idxal rekord templə davam edir. Hazırda Avropadakı terminalların yüklənmə səviyyəsi maksimum gücün 44 faizinə çatıb. 2023–2024-cü illərin qış mövsümündə Avropa ölkələri ümumilikdə 63 milyard kubmetr maye qaz alıb.
Meteoroloji proqnozlara görə, cari həftə qitədə havanın temperaturu əvvəlki həftə ilə müqayisədə xeyli yüksək olacaq. İyunda Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı orta hesabla 15 faiz təşkil edib, iyulda isə bu göstərici 12 faiz ətrafındadır.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22

