Zığ-Hövsan kanalizasiya kollektoru tikilir
12.11.2025 [22:51]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların tikintisi layihələrinə başlayıb.
ADSEA-dan AZƏRTAC-a bildirilib ki, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri də Zığ–Hövsan kanalizasiya kollektorunun tikintisidir. Layihə çərçivəsində ümumi uzunluğu 28 kilometr olan yeni kollektor xəttinin inşası, həmçinin müasir tələblərə cavab verən nasos stansiyasının qurulması planlaşdırılır.
Bu layihə nəticəsində “Şəhərkənarı” kanalizasiya kollektorunun istismar vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq, tullantı sularının idarə olunması prosesi daha səmərəli və təhlükəsiz şəkildə təşkil ediləcək. Bununla yanaşı, layihə Bakı buxtasının ekoloji durumunun qorunmasına mühüm töhfə verəcək.
Kollektorun fəaliyyət sahəsinə Xətai rayonunun bir hissəsi, eləcə də Suraxanı rayonunun Zığ, Hövsan, Bahar və Dədə Qorqud qəsəbələri daxil olacaq. Bu ərazilərdə yaşayan əhalinin kanalizasiya və tullantı sularının idarə olunması ilə bağlı mövcud problemləri aradan qalxacaq, mühəndis-kommunikasiya infrastrukturu daha dayanıqlı sistemə çevriləcək.
Layihənin icrasına 2025-ci ildə başlanılıb və bütün tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət olunacaq.
Zığ–Hövsan kollektorunun inşası zamanı yeraltı mikrotunel texnologiyasından da istifadə olunacaq. Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

