/ / Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı: yeni geosiyasi reallıqlar fonunda strateji əməkdaşlıq modeli
Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı: yeni geosiyasi reallıqlar fonunda strateji əməkdaşlıq modeli
06.07.2026 [13:04]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq və uzunmüddətli strateji yanaşma dövlətlərarası əlaqələrin əsas istiqamətlərini müəyyən edir. Bu baxımdan Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoyması ölkəmizin qlobal arenada artan nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycan–Avropa İttifaqı əlaqələrinin hazırkı səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə nümayiş etdirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, tərəflər arasında münasibətlərdə görünməmiş dinamika müşahidə olunur və əməkdaşlığın genişləndirilməsi üçün güclü qarşılıqlı iradə mövcuddur.
Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanın xarici ticarət əlaqələrində Aİ ölkələrinin mühüm paya malik olması ölkəmizin regionda iqtisadi mərkəz kimi rolunu daha da gücləndirir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının əsas tərəfdaşı kimi çıxış edir və regionun iqtisadi inkişafında aparıcı mövqeyini qoruyur.
Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir dövrdə enerji təhlükəsizliyi hər bir dövlət üçün milli təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Azərbaycanın təşəbbüsü və böyük siyasi iradəsi nəticəsində həyata keçirilən enerji layihələri ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktorlardan birinə çevirib. Cənub Qaz Dəhlizi bunun ən uğurlu nümunələrindən biridir.
Azərbaycan yalnız ənənəvi enerji sahəsində deyil, həm də gələcəyin əsas istiqamətlərindən hesab olunan bərpaolunan enerji sektorunda Avropa ilə əməkdaşlığı genişləndirir. Günəş, külək və su enerjisi potensialından səmərəli istifadə edilməsi istiqamətində atılan addımlar Azərbaycanın “yaşıl enerji” gündəliyinə verdiyi önəmin göstəricisidir.
Ölkəmizin strateji coğrafi mövqeyi nəqliyyat və kommunikasiya sahəsində də yeni imkanlar yaradır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizi qlobal logistika xəritəsində mühüm mərkəzlərdən birinə çevirir. Bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın təkcə regional deyil, beynəlxalq miqyasda da əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri də Cənubi Qafqazda formalaşan yeni sülh gündəliyidir. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda dayanıqlı sülhün təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin məqsədi qarşıdurma səhifəsini bağlamaq, Cənubi Qafqazı əməkdaşlıq və inkişaf məkanına çevirməkdir.
Beləliklə, Azərbaycan–Avropa İttifaqı münasibətlərinin bugünkü inkişaf səviyyəsi ölkəmizin balanslaşdırılmış xarici siyasət kursunun, etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunun və Prezident İlham Əliyevin uzaqgörən diplomatiyasının nəticəsidir. Azərbaycan yeni geosiyasi reallıqlar şəraitində enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və regional sülh istiqamətində qlobal proseslərə mühüm töhfələr verməkdə davam edir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

