Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “AzerGold”, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və “Uzbekgeologorazvedka” arasında sənədin imzalanması nəzərdə tutulur

“AzerGold”, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və “Uzbekgeologorazvedka” arasında sənədin imzalanması nəzərdə tutulur

06.07.2026 [14:20]

Beynəlxalq fəaliyyətin genişləndirilməsi “AzerGold” QSC-nin qarşıdakı dövr üçün əsas strateji hədəflərindən biridir. Məqsədimiz yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də perspektivli mədən layihələrində iştirak etmək və beynəlxalq tərəfdaşlıqları genişləndirməkdir. Bu istiqamətdə son illərdə müxtəlif ölkələrlə əməkdaşlıq imkanları araşdırılıb, yeni tərəfdaşlıqların qurulması üçün mühüm addımlar atılıb. Xüsusilə mineral resurslarla zəngin Mərkəzi Asiya və Afrika regionları bizim üçün prioritet təşkil edir.

Bu barədə AZƏRTAC-a müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

“Yaxın zamanda “AzerGold” QSC, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və “Uzbekgeologorazvedka” ASC arasında Özbəkistanda perspektivli yer təki sahələrinin geoloji öyrənilməsi və qiymətləndirilməsi üzrə üçtərəfli birgə müəssisənin yaradılmasının əsas şərtlərini müəyyən edən sənədin imzalanması da nəzərdə tutulur. İnanırıq ki, bu əməkdaşlıq gələcəkdə xarici ölkələrdə uğurlu layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq”, - deyə Zakir İbrahimov qeyd edib.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31