Azərbaycan-ABŞ münasibətləri üçün yeni imkanlar
26.12.2025 [10:49]
Energetika naziri Pərviz Şahbazovla ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında keçirilən görüş zamanı enerji sahəsində yaranmış yeni imkanlara diqqət çəklib, Vaşinqtonda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında enerji layihələrinin əsas prioritetlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb. ABŞ şirkətləri ilə enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və əhatəli “yol xəritəsi”nin hazırlanması planlarına toxunulub. Habelə, tərəflər “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) regionda enerji tranzitlərinin də əlaqələndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında keçirilən görüşündə Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanları müzakirə olunub. Tərəflər iqtisadi sahədə işbirliyini dərinləşdirmək üçün mövcud potensialların artırılmasına diqqət çəkib, enerji, nəqliyyat, biznes və digər sahələrdə əməkdaşlığın strateji səviyyətə çatdırılması üçün səylərin artırlmasının vacibliyinə toxunublar. Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi xatırladılıb.
“ExxonMobil” Xəzərdə yeni enerji həmrəyliyi yaradır
Azərbaycan və ABŞ arasında münasibətlərin yeni gündəliyini müəyyən edən Strateji Tərəfdaşlıq Xartiyası üzrə Memorandum iqtisadi-ticari-enerji sahəsində çoxistiqamətli konsepsiya olmaqla, əməkdaşlığın inkişafına təkan verməkdədir. Son aylarda iki dövlət arasında iqtisadi və siyasi bloklarda ardıcılıq xarakter alan sıx təmasların artması və qətiyyətli iradənin ortaya qoyulması Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni dövrə daxil olmasına səbəb olub. SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanmasından sonra ABŞ-ın məşhur enerji korporasiyası Azərbaycanda yeni fəaliyyət planlarına start verib və Xəzərdə müasir enerji həmrəyliyi halqası daha böyüməkdədir. “Azəri-Çıraq-Günəşli” layihəsində tərəfdaş olan “Exxon” ötən dövrdə neft emalı və nəqli, enerji sektorunda müasir qazma texnologiyalarının tətbiqi, habelə resusrsların diversifikasiyasında mövcud olan təcrübəsini yeni perspektivli enerji bloklarında tətbiq etməkdədir. Bu isə Xəzərdə yeni karbohidrogen tədarüklərinin başlanması üçün yaxşı fürsət deməkdir. Beynəlxalq maliyyə qrupu olan “EXIM Bank”ın bu prosesə qoşulması isə nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.
“Yaşıl enerji” - enerji diplomatiyasının yeni səhifəsi
ABŞ Azərbaycanda enerjinin yeni gündəliyi olan “yaşıl hidrogen” və bərpaolunan enerji mənbələrinin tədarükü və nəqli proseslərinə də dəstək verərək fəal əməkdaşlığa can atır. Azərbaycanın “yaşıl enerji” üzrə nəql marşrutu da Şərq-Qərb xətti üzərində qurulub ki, bu da Vaşinqtonun dəstəklədiyi enerji konsepsiyasına uyğundur. Bütün bunlar onu göstərir ki, ABŞ-ın “yaşıl enerji” proqramlarında Azərbaycanla birəg əməkdaşlığı üçün fürsət və mühit də formalaşıb.
ABŞ şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində digər sahələrə investisiya qoyması üçün də imkanlar böyükdür. Hazırda bu ölkənin qeyri-hökumət təşkilatı Marşal Fondu Azərbaycanın ANAMA təşkilatına ərazilər minalardan təmizlənməsi işinə dəstək verir. Bu faktor da amerikalı şirkətlərin ərazilərin minalardan təmizlənməsindən sonra həmin torpaqlarda əsası qoyulan aqrar, aqrar-sənaye, enerji layihələrində təmsil olunmasına stimul verə bilər. Həmçinin son aylarda Avropanın, Böyük Britaniyanın nüfuzlu şirkətləri azad edilmiş ərazilərdəki potensialı qiymətləndirərək burada icra edilən investisiya layihələrində iştirak üçün təkliflərlə çıxış etməkdədir. Xarici sərmayəşilərin artan bu marağı və Qarabağda intensiv xarakterən alan işgüzaklıq, investisiya təşəbbüskarlıqları ABŞ şirkətlərinin də xarici tərəfdaşları ilə birgə eyni cərgədə yer almasında motivasiyaedici rol oyanaya bilər. Üstəlik, bərpa olunan enerji sektoruna maraq göstərən Amerika şirkətlərinin bu sahə ilə birbaşa bağlı olan sənaye sahələrində də təmsil olunması imkanları böyükdür.
Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq formatı qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi və digər sahələri də əhatə edir. Ələlxüsus da, dördüncü sənaye inqilabının və süni zəka dövrünün tələbatlarına uyğun olaraq, startaplar, rəqəmsal texnologiyalar, innovasiyayönümlü sənaye layihələri, süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiya üzrə yaxından işləmək planları ön sırada dayanır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06

