“Fitch” SOCAR-ın reytinqini müsbət qiymətləndirib
07.02.2026 [10:55]
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” korporativ reytinq meyarlarını və sahə naviqatorlarını yenilədikdən sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daxil olmaqla 11 neft-qaz şirkətinin kredit reytinqlərini təsdiqləyib. Reytinqləri təsdiqlənən şirkətlər sırasına “QatarEnergy”, “Saudi Aramco”, bp, OMV, “Repsol”, EDO, OQ, “KazMunayGas”, “Romgaz” və “Uzbekneftegaz” da daxildir.
“Fitch” SOCAR-ın müstəqil kredit profilini Korporativ Reytinq Alətindən istifadə etməklə qiymətləndirib. Təhlilin nəticələrinə əsasən, SOCAR-ın reytinqi “ BB” səviyyəsində müəyyən edilib. Şirkətin idarəetmə üzrə reytinqi “BB”, sahə xüsusiyyətləri üzrə “BB+”, bazar və rəqabət mövqeyi “BBB-”, şaxələndirmə və aktivlərin keyfiyyəti “BB+”, əməliyyat xüsusiyyətləri “BB”, mənfəətlilik “BBB” reytinq balı əsasında təyin olunub. “Fitch” SOCAR-ın korporativ idarəetməsini “yaxşı”, əməliyyat mühitini isə “BB” səviyyəsində qiymətləndirib. Hər iki göstərici reytinq üzrə əlavə düzəlişə səbəb olmayıb.
“Yaşıl istiqraz” burax?lışında nüfuzlu investor
SOCAR-ın reytinqin artmasında qlobal neft təminatçısı kimi rolu ilə yanaşı, idaretmə və maliyyə bazarlarındakı korporativ fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Şirkət bir neçə ildir ki, emissiya etdiyi “yaşıl istiqraz”larla kapital bazarlarında investor kimi tanınır. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xüsusi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf mühitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək üçün sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə öz səmərəsini verməkdədir. Avropa Birliyi ölkələrindən Finlandiya, İsveçrə, Estoniya, Niderland, İrlandiya, Norveç və digərləri davamlı kənd təsərrüfatı, ekosistemlərin qorunması, təmiz nəqliyyat, davamlı su idarəçiliyinə yönəlmiş layihələri bu qiymətli kağız vasitəsilə maliyyələşdirir.
Bu baxımdan SOCAR-ın “yaşıl istiqraz”ları kapital bazarlarında şirkətin strateji mövqeyini daha da möhkəmləndirməklə bərabər, SOCAR-ın ekoloji dəyərlərə sadiqliyini və dayanıqlı inkişaf prioritetlərini də özündə əks etdirir.
Şirkətin bazarda flaqman olaraq ilk yaşıl cığır açması investorların bu maliyyə alətlərinə marağını stimullaşdıracaq.
Mərkəzi Asiya-Körfəz regionu ölkələri ilə
SOCAR-ın reytinqinin artmasında beynəlxalq şirkət kimi aktiv fəaliyyəti də mühüm rol oynamaqdadır. Azərbaycanın milli neft korporasiyası xarici ölkələrdə müasir təchizat və idarəetmə sistemləri qurmaqla qlobal investor kimi özünü təsdiqləyir. Azərbaycan Dövlət Neft Şirkəti bir çox ölkənin nüfuzlu enerji şirkətləri ilə sazişlər imzalayıb ki, həmin sənədlərin əsas məzmunu yeni idaretmə texnologiyalarının tətbiqini nəzərdə tutur. Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Emirates National Oil Company Group” (“ENOC Group”) arasında kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlığın qurulması, BƏƏ-nin “Dragon Oil” şirkəti arasında imzalanan anlaşma memorandumuna əsasən, birgə neft-qaz hasilatında yer alması, eləcə də “Crescent Petroleum” şirkəti ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə tərəfdaşlıq qlobal etimadın nümunəsidir. SOCAR-ın Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlığı da bölgənin enerji təchizatı və şaxələnməsi üçün əhəmiyyət daşımaqla, qlobal nüfuzun bir göstəricisidir.
SOCAR Mərkəzi Asiya bölgəsində də hasilat zonalarında aktiv investor kimi tanınır. 2025-ci ilin oktyabrında Qazaxıstanın “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalanıb. Bu sənəd də beynəlxalq tərəfdaşlığın bir hissəsidir.
Həmçinin, SOCAR ilə Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında neft-qaz sənayesində yeni innovasiyaların və ağıllı idaretmənin tətbiq olunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.
ABŞ və İsraillə birgə sərmayə tərəfdaşlığı
Dövlət Neft Şirkətinin Xəzərdə ən modern emal texnologiyalarını tətbiq etməsində yaxın tərəfdaşlarından biri ABŞ-dır. SOCAR və ABŞ-ın SLB şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
25 il müddətinə nəzərdə tutulan müqavilənin investisiya portfeli 1 milyard dollar həcmində qiymətləndirilir. Müqavilə blokunda qaz ehtiyatları 25 milyard kubmetr təşkil edən yatağın işlənməsi SOCAR-ın neft hasilatının artmasına və uzunmüddətli strategiyasına mühüm töhfə verəcək.
Azərbaycan Dövlət Neft Şirkəti ilə İsrailin “Union Energy” şirkəti arasında Aralıq dənizi hövzəsindəki ən iri qaz yataqlardan biri olan “Tamar” layihəsi üzrə 10 faiz payın əldə edilməsinə dair sazişin imzalanması da mühüm qlobal dəyərin rəmzlərindən biridir. Bu sazişə əsasən, SOCAR İsrailin təbii qaz bazarına çıxış imkanı qazanıb. Azərbaycan bu perspektivli qaz blokunda investor və enerji tədarükçüsü statusu qazanmaqla Aralıq dənizi regionunda potensial enerji təchizatçına çevriləcək.
“Yaşıl enerji”də etibarlı şirkət
Dövlət Neft Şirkəti “yaşıl enerji” sektorunda da etibarlı tərəfdaş kimi qlobal sektorda etimad ünvanlarından birinə çevrilir. Şirkətin törəmə müəssisəsi olan “SOCAR Green” bərpaolunan enerji mənbələri ilə bağlı layihələrdə öz tərəfdaşları ilə “yaşıl kapital”ın cəlb olunması və idarə edilməsində nümunəvi model qurub. Bu fəaliyyət də beynəlxalq reytinqin yüksəldilməsində mühüm amillərdən biridir. Məhz bu amili nəzərə alan “Moody’s” beynəlxalq reytinq agentliyi ötən il Azərbaycanı iqlim dəyişikliyi ilə mübarizə sahəsində təsirli addımlar atan ölkələrdən biri kimi dəyərləndirib və yeni reytiniqdə bu faktoru da nəzərə alıb.
“Yaşıl enerji” strategiyasının reallaşmasında Avropa və Asiyanın nəhəng investorları ilə anlaşma sənədlərinə imza atan SOCAR-ın nailiyyətləri də bu müsbət nəticənin bir hissəsidir. SOCAR və bp arasında Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş imzalanıb, qlobal investorlar - “Fortescue Future Industries”, “China Gezhouba Group”, “Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

