Gömrükdə yeni borc ödənişi qaydası
26.02.2026 [10:12]
ƏDV üzrə gömrük borcunun hesablanması qaydası dəyişib
Nazirlər Kabineti 7 may 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası”nda dəyişiklik edib. Hökumətin qərarına əsasən, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2025-ci il 14 iyul tarixli qanununun icrası ilə əlaqədar qanunvericilikdə bir sıra yeni dəişikliklər nəzərdə tutulur. Belə ki, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödəniləcək.
Bu o deməkdir ki, gömrük borcu birbaşa borclu şəxs tərəfindən ödənilməklə yanaşı, təminat çərçivəsində kommersiya məqsədi daşımayan malları ölkəyə gətirən fiziki şəxslərin təminat verdiyi məsul şəxs də ödəyə bilər.
Borcun ödənilməsi üsulları
Gömrük Məcəlləsinin 258-ci maddəsi gömrük borcunun ödənilməsinin təmin edilməsi üsullarını müəyyən edir ki, buraya girov, veksel zaminliyi, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr daxildir. Yəni biznes nümayəndəsi və ya fərdi şəxslər gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün həmin təminatlardan istifadə etmək hüququ daşıyırlar. Bu o deməkdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə bağlı yaranacaq hansısa gömrük ödənişləri borcu girov, veksel və bank qarantiyası ilə bərabər, ƏDV öhdəliyi təminat verildiyi halda öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə biləcək.
Qeyd edək ki, ƏDV üzrə borc gömrük əməliyyatları zamanı təyin edilən ödəniş öhdəliklərindən biridir. NK-nın təsdiqlədiyi “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası”na əsasən, əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Gömrük Məcəlləsinin 242.5-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara Gömrük Məcəlləsinə və Vergi Məcəlləsinə uyğun olaraq ƏDV tətbiq edilir. ƏDV üzrə gömrük borcu Azərbaycan milli valyutası ilə ödənilir. Xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnələrlə hesablanır. Gömrük borcu gömrük orqanına yalnız bank və digər elektron ödəmə üsullarrı ilə aparılır. Ölkəyə mal gətirən və ya mal ixrac edən şəxslər gömrük orqanlarına gömrük bəyannaməsini təqdim edərək borcun ödəyicisi hesab edilirlər. ƏDV üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür. ƏDV üzrə gömrük borcunun məbləği hesablanarkən, malların Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyərinin, aksiz vergisinin və gömrük rüsumlarının məbləğinin cəmi əsas kimi qəbul olunur. Borc gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir.
ƏDV öhdəliyi olan və olmayanlar
Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı vergidən azad edilən mallar istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit qaydada və müvəqqəti idxal şəklində Azərbaycan ərazisinə daxil olan mallar ƏDV-nin obyekti sayılmır. Tranzit dedikdə, hər hansı hüquqi və ya fiziki şəxsin mallarının bir ölkədən digər ölkəyə daşınması zamanı üçüncü və ya daha çox ölkənin ərazisindən istifadə etməsi nəzərdə tutulur. Müvəqqəti idxal zamanı isə mallar bir ölkəyə daxil olur, amma müəyyən müddətdən sonra geri qaytarılır. Eləcə da mallar, işlər və xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunursa, bu zaman ƏDV öhdəliyi yaranmır, belə dövriyyələr ƏDV obyekti hesab edilmir.
Bu iki halda mallar ƏDV-yə cəlb olunmur. Digər hallarda gömrükkeçmə əməliyyatları ƏDV-yə cəlb edilir. İdxal edilmiş mallar üzrə ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 162-ci maddəsinə əsasən, vergi tutulan idxalın dəyəri müəyyən edilməklə hesablanmış məbləğə 18 faiz ƏDV dərəcəsi tətbiq olunur. İdxal edilmiş malların ƏDV-yə cəlb olunan dəyəri 3 elementin cəmindən formalaşır: malların gömrük dəyəri, ödənilməli olan gömrük rüsumları və vergilər.
Beləliklə, ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasının dəyişməsi təminat müqabilində borcun digər şəxslər tərəfindən ödənilməsinə də imkan verəcək. Bu isə ölkəyə mal gətirən və ixrac edən şəxslərin işini asanlaşdıracaq, onların hər hansı bir işi zamanı fiziki vaxt itkisinin qarşısını alacaq. Eyni zamanda, gömrük borcu ilə bağlı meydana çıxan problemləri aradan qaldırmaqla, ƏDV üzrə gömrük daxilolmalarında mobilliyi təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

