Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

04.04.2026 [19:22]

Martın 1-nə bankların depozit portfeli 41 milyard 345,5 milyon manat təşkil edib.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, depozit portfelinin 47,6 faizi, yaxud 19 milyard 673,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 10,4 faiz azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 16 faiz artaraq 17 milyard 209,3 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 23,1 faiz artaraq 4 milyard 462,5 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 21 milyard 942,2 milyon manatı (1 il əvvələ nisbətən 7,9 faiz az) qısamüddətli, 19 milyard 403,3 milyon manatı (17 faiz çox) isə uzunmüddətli olub.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

77 yaşlı NATO...

04 Aprel 09:30

Ədəbiyyat

Şənbə üçün nəzm

04 Aprel 09:15  

Sosial

Ədəbiyyat

Gündəm

Tehrandan zəng

04 Aprel 08:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30