Azərbaycan-Ermənistan sülhünə sayılı günlər qaldı - Hulusi Kılıçdan iddialı PROQNOZ
05.06.2026 [21:00]
“Ermənistanın gələcəyini xəyallar yox, reallıqlar müəyyən edəcək”
Cənubi Qafqazda sülh və əməkdaşlıq imkanlarının genişləndiyi bir dövrdə ABŞ administrasiyasının irəli sürdüyü "Tramp Marşrutu" (TRIPP) layihəsi regionun əsas müzakirə mövzularından birinə çevrilib. Layihənin bölgədə sabitlik və iqtisadi inkişafı təşviq edəcəyi bildirilir. Bu fonda diqqətlər Azərbaycan-Ermənistan münasibətlərinə yönəlib.
Belə ki, ABŞ Dövlət Departamenti Ermənistan mediasına bildirib ki, Tramp administrasiyasının "Tramp Marşrutu" layihəsi (TRIPP) Cənubi Qafqazda sülh və rifah üçün böyük əhəmiyyət kəsb edir.
Agentlik vurğulayıb ki, "TRIPP Ermənistana və Cənubi Qafqaza sülh və rifah gətirməkdə fundamental və uzunmüddətli əhəmiyyət kəsb edir".
Sabiq səfir, İMZA İB Türkiyə Nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç Sherg.az-a 2025-ci il avqustun 8-də Vaşinqton sammitində qəbul olunan qərarlardan sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq küləklərinin əsməyə başladığını söyləyib:
"Həmin gündən bu yana Azərbaycan-Ermənistan münasibətlərində normallaşma olduğu görünür. Saziş hər nə qədər qüvvəyə minməsə də, hər iki tərəf şərtlərə əməl etdi, qarşılıqlı atəş açma və qarşılıqlı hücum olmadı.
Bundan əlavə, Azərbaycan Ermənistanın ehtiyacı olan taxıl dəhlizini yaratdı, həmçinin neftlə bağlı Ermənistanın ehtiyaclarını qarşılamağa başladı. Eyni şəkildə Türkiyə də buna paralel olaraq Ermənistanla əlaqələrinin normallaşması prosesini başlatdı.
Türk Hava Yollarının reyslərinin başlaması, həmçinin xarici vətəndaşların Ermənistan sərhədindən Türkiyəyə keçməsi bunlar müsbət addımlardır. Əsas inkişaf isə 2 gün sonra müşahidə olunacaq. İyunun 7-də Ermənistandakı seçkilər bu küləyin tonunu müəyyən edəcək".
Sabiq səfir sülhün bağlanacağı zamandan da danışıb:
"Azərbaycanın Vaşinqton sammitindən sonra yalnız bir şərti qaldı, o da Ermənistanın Konstitusiyasında, hətta ön sözündə Azərbaycan torpaqlarına istinad edən maddənin çıxarılmasıdır.
Paşinyan yenidən seçildiyi təqdirdə bu məsələni də referenduma çıxaracaq və beləliklə aradakı maneə aradan qalxacaq. Cənubi Qafqazda qalıcı sülh və əmin-amanlıq başlayacaq.
Hər iki tərəfin nümayəndə heyətləri bir-birinə gedib-gəlməkdədir. Bu da artıq göstərir ki, Azərbaycanımız Ermənistanla münasibətlərini normallaşdırmağa hazırdır. Saziş imzalanarsa, bu artıq qəti şəkildə təsdiqlənmiş olacaq. Bu da Azərbaycanımızın haqqıdır".
Müsahibimiz qeyd edib ki, bir qonşunun konstitusiyasında, digər qonşunu narahat edəcək maddələrin olmasının qəbul edilə bilməz:
"Bu sülh əbədiyyətə qədər davam etməli olan sülhdür. Ona görə də iki qonşu arasında heç bir problemin olmaması lazımdır. Bu səbəbdən Azərbaycanımızın tələbi doğrudur.
Çox az vaxt qalıb. Paşinyan həqiqətən də erməni milliyyətçisidir, erməni xalqını ən çox düşünən, erməni xalqının gələcəyini düşünən liderdir.
Həqiqətdən uzaq bəyanatlar vermək, diaspora və kilsə kimi qüvvələr Ermənistanı daim geri aparıb. Ermənistanın torpaqları bəllidir, o bu torpaqlarda yaşayacaqdır. Biz Osmanlı İmperiyasının torpaqlarına iddia edirikmi? Xeyr. Tarix tarixdə qalır, bu günə baxmaq lazımdır. Bu, realist siyasətdir".
Ekspert erməni xalqının öz taleyini müəyyən edəcəyini vurğulayıb:
"Həm Azərbaycan, həm də Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmağa hazırdır.
Biz Ermənistanın da hazır olmasını gözləyirik. Hər iki proses, yəni Türkiyə-Ermənistan normallaşması və Azərbaycan-Ermənistan sülh prosesi paralel şəkildə aparılır.
İki tərəf arasında koordinasiya və uzlaşma var. İnanıram ki, erməni xalqı sağlam düşüncə ilə 7 iyunda öz gələcəyini müəyyənləşdirəcək şəkildə səs verəcək. Heç kim xəyallara qapılmasın.
Biz real dünyada yaşayırıq və çörəyimizi bölüşməyə hazırıq. Xalqların düşmənçiliyi olmaz.
Xalqlar hər zaman dostdur. Lakin bəzən siyasətçilər öz xalqını çətin vəziyyətdə qoyur. Hazırkı siyasətçilər isə xalqını düşünən, sevən, sülh arzulayan, regional sülh istəyən, qonşuluq münasibətlərini inkişaf etdirmək istəyən liderlərdir. Ümid edirik ki, seçkilər xeyirli olacaq".
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41

