Modernləşdirilmiş polad magistral
05.06.2026 [10:32]
Bakı-Tbilisi-Qars dəmir yolu xətti müasirləşdirilmədən sonra istifadəyə verilib
Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra açılışı olub. Tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, habelə Qazaxıstan və Özbəkistanın dəmir yollarının rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak ediblər. Çıxış edən natiqlər Orta Dəhlizin inkişaf etdirilməsindən, ölkələr arasında iqtisadi ticarət əlaqələrinin inkişafında BTQ-nin rolundan danışıblar.
5 mərhələli planı
Qeyd edək ki, cari il mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Bu sənədlə BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.
5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.
Orta Dəhlizin əsas arteriyalarından biri
Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və regionun əlaqələndirilməsində əsas rol oynayır. Nəqliyyat infrastrukturlarını müasirləşdirən ölkəmiz qlobal dəhlizlərin ən mühüm tərkib hissəsinə çevrilən dəmir yolu nəqliyyatını da modernləşdirməklə tərəfdaş ölkələrlə sıx platforma qurmaqdadır. Eləcə də, müasir dövrdə nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması qarşıda duran əsas çağırışlardandır. Bu baxımdan Azərbaycanın regional tranzit dəhlizlərindəki rolunun artması rəqəmsallaşma ilə bağlı tədbirlərin də həyata keçirilməsini zəruri edir. Bu ssenariyə əsasən, BTQ-nin modernləşdirilməsinin məqsədi bu nəqliyyat qovşağını Orta Dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək və dəhlizin rəqabət qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, BTQ-nin imkanlarının artırılması məqsədilə 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. Dəmir yolunun Gürcüstan ərazisində həyata keçirilən modernizasiyası beş əsas mərhələni əhatə edib: Marabda-Tetriskaro, Tetriskaro-Tsalka, Tsalka-Axalkalaki, Axalkalaki-Kartsaxi və Axalkalaki kompleksi. 5 mərhələdən ibarət olan layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edir. Layihə çərçivəsində 30,3 kilometr uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 kilometr uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Layihə mürəkkəb coğrafi relyefdə, bəzi ərazilərdə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə və sərt iqlim şəraitində icra olunub. Layihədə uzunmüddətli səmərəliliyi və etibarlılığı təmin etmək üçün qabaqcıl texnologiyalar və müasir Avropa istehsalı avadanlıqlar istifadə edilib. Layihənin Gürcüstan seqmentində tamamlanan modernləşdirmə işlərindən sonra dəmir yolunun illik yükgötürmə qabiliyyəti 1 milyon tonu ötüb.
ADY layihənin Azərbaycan tərəfində - Bakı-Böyük Kəsik sahəsində də əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Ötən il Böyük Kəsikdən Hacıqabul sahəsinə qədər dəyişən cərəyan sistemi tətbiq olunub, rabitə və işarəvermə sistemləri yenidən qurulub. Yenilənmiş BTQ xətti üzrə ilk yük qatarı 2024-cü il mayın 20-də Abşeron Logistika Mərkəzindən yola düşüb və 20 konteyner yükü Bakıdan Qarsa çatdırılıb. Bu, BTQ xəttinin regional yükdaşımalarda yenidən aktiv rol oynadığını nümayiş etdirib.
Ümumilikdə, görülən işlər nəticəsində Avrasiya nəqliyyat şəbəkəsinin əsas elementi kimi BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Dəmir yolunun xətti regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rolu əhəmiyyətli dərəcədə artıb.
Zəngəzur dəhlizinin yeni qolu - Qars-İğdır-Naxçıvan dəmir yolu xətti
Bakı-Tbilisi-Qars polad magistralının davamı kimi nəzərdə tutulan digər yeni xətt Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsidir ki, bu istiqamətdə də mühəndis-kommunikasiya əlaqəndirilməsi işləri davam etdirilir. Orta Dəhlizin yeni şaxəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan layihə 5 ilə tamamlanacaq. Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur.
Göründüyü kimi, BTQ sadəcə Bakı, Tbilisi və Qarsı birləşdirən dəmir yolu deyil, modernləşdirilmiş xətt Orta Dəhlizin yükdaşıma qabiliyyətini artıracaq, Şərq-Qərb ticarət axınlarını sürətləndirəcək, Azərbaycanı regional tranzit qovşağı kimi gücləndirərək Avrasiya logistika sistemində yeni balans yaradacaq.
Beləliklə, modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu hazırda Orta Dəhlizin əsas komponenti olaraq Çin, Mərkəzi Asiya və Avropa arasında yükdaşımaların Qərb və Şərq istiqamətində səmərəli həyata keçirilməsini tam təmin edir. Yeni strateji plan və “BTKI Railways” MMC-nin fəaliyyəti sayəsndə BTQ-nin yükdaşıma imkanları daha da artmaqla, Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi funksionallığı daha da güclənəcək, bölgədə ən etibarlı nəqliyyat arteriyasına çevriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40

