Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin Qırğızıstan və Vyetnam vətəndaşlarına 240 saat tranzit vaxtı verib

Çin Qırğızıstan və Vyetnam vətəndaşlarına 240 saat tranzit vaxtı verib

20.08.2026 [21:49]

Çin Qırğızıstan və Vyetnamı 240 saatlıq vizasız tranzit proqramına daxil edib. Beləliklə, bu qaydadan yararlanmaq hüququ olan ölkələrin ümumi sayı 57-yə çatıb.

AZƏRTAC xəbər verir ki, Milli Miqrasiya İdarəsinin (MMİ) məlumatına görə, avqustun 20-dən etibarən Qırğızıstan və Vyetnam vətəndaşları adi pasportla, həmçinin üçüncü ölkəyə və ya regiona səfəri təsdiqləyən tarix və marşrut göstərilən regionlararası sərnişin bileti ilə Çinin 65 limanından istənilən biri vasitəsilə ölkəyə daxil ola biləcəklər. Onlar vizasız olaraq 240 saat, yəni 10 günədək Çində qala bilərlər.

“China Daily” qəzeti yazır ki, bu iki ölkənin adi pasport sahibi olan vətəndaşları da həmin gündən etibarən Çinin cənubunda yerləşən Haynan əyalətinə giriş üçün 30 günlük vizasız rejimdən yararlana biləcəklər. Bu rejim onlara Haynanın açıq limanları vasitəsilə əyalətə daxil olmaq və vizasız olaraq 30 günədək orada qalmaq imkanı verəcək. Bu dəyişiklikdən sonra Haynan üçün vizasız rejimin şamil olunduğu ölkələrin sayı 61-ə çatıb.

Vizasız rejimdən yararlanan səyahətçilər bu müddət ərzində turizm və biznes fəaliyyəti ilə məşğul ola, mübadilə proqramlarında iştirak edə və qohumlarını ziyarət edə bilərlər. Lakin bu rejim işə düzəlməyə, təhsil almağa və jurnalist fəaliyyəti ilə məşğul olmağa şamil edilmir. Bu məqsədlər üçün əvvəlki kimi müvafiq vizanın alınması tələb olunur.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31