Zərdabda aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib
12.05.2016 [09:33]
Müşavirədə fermerlərin təklifləri dinlənilib, onların qayğı və problemlərinin operativ həlli nəzarətə götürülüb
Zərdabda kənd təsərrüfatı işlərinin gedişinə və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, habelə rayon rəhbərləri və müvafiq qurumların nümayəndələri əvvəlcə yerlərə gedərək fermerlərlə görüşüb, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
Heydər Əliyev Mərkəzində keçirilən, mütəxəssislərin, fermerlərin, aqrar sektorda çalışan sahibkarların və müvafiq idarə və təşkilat rəhbərlərinin iştirak etdikləri müşavirəni rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev açaraq Zərdabda sosial-iqtisadi sahələrdə həyata keçirilən layihələr, cari ildən etibarən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə qısa məlumat verib.
Müşavirədə çıxış edən Azər Əmiraslanov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində yeni mərhələnin başlandığını vurğulayıb, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb. Xüsusilə, ixrac yönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində respublikamızda görülən işlərdən, bu sahələrə dövlət dəstəyindən bəhs edən A.Əmiraslanov Zərdab rayonunda vaxtilə ənənəvi olan həmin sahələrin perspektivlərindən danışıb.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, pambıqçılıqda ilkin mərhələ - torpaq sahələrinin ayrılması məsələsi həll olunub, bu sahədə maneələr aradan qaldırılıb. Qısa müddətdə kifayət qədər çiyid və səpin aqreqatları gətirilib və əkin kampaniyası başa çatdırılıb. Artıq yaxın günlərdə respublikamıza becərmə texnikası da gətiriləcək.
A.Əmiraslanov fermer Asif Mahmudovun təsərrüfatında olduğunu, burada kənd təsərrüfatının bir neçə istiqamət üzrə inkişaf etdirildiyini və yaxşı nəticələr qazanıldığını vurğulayıb. Qeyd edib ki, birgə təsərrüfatçılıq meylləri, kooperativlərə marağın gücləndirilməsi yaxşı səmərə verəcək. Əlbəttə, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması da zəruridir.
Prezident İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf potensialının yüksək olduğu fikrini diqqətə çatdıran sahibkar A.Mahmudov Zərdab rayonunda nəinki taxılçılıq, pambıqçılıq və baramaçılığın, habelə qeyri-ənənəvi sahələrin inkişafı üçün də yaxşı imkanlar olduğunu bildirib.
Sonra müşavirə diskussiya şəraitində davam etdirilib. Fermerləri, ümumən torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemlərinin operativ həlli diqqət mərkəzində saxlanılıb. Müşavirədə səmərəsiz istifadə edilən torpaqların pambıq əkini dövriyyəsinə cəlb edilməsi, tut bağlarının bərpası üçün tinglərin verilməsi, camışçılığın inkişafı, kartofbasdıran və çıxaran, habelə qarğıdalı səpən aqreqatların “Aqrolizinq” ASC-nin xətti ilə gətirilməsi, pambığın alış qiymətinin artırılması, istismar müddətini başa vuran kanalların yenilənməsi kimi təkliflər səsləndirilib. Təklif və müraciətlər araşdırılaraq həll olunmaq üçün nəzarətə götürülüb.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

