“Caspian European Club”un idarə heyətinin yeni tərkibi elan edilib
06.10.2016 [09:41]
Oktyabrın 5-də “Caspian European Club”un (Caspian Business Club) idarə heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, iclasa sədrlik edən klubun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev yeni üzvlərin seçilməsi münasibətilə idarə heyətini təbrik edərək, 2017-ci ilin payızınadək həyata keçirilməsi vacib olan strategiya, yeni layihə və vəzifələr barədə danışıb.
Bildirilib ki, idarə heyətinə seçkilər iyunun 13-dən sentyabrın 13-dək klubun saytında (www.caspianenergy.org) keçirilib. Səsvermə hüququna yalnız qeydiyyatdan keçmiş iştirakçılar - “Caspian European Club”un üzvləri sahib idilər. Bundan əlavə, 1000-dən çox səs toplamış hər bir namizəd “Caspian European Club”un idarə heyətinin tərkibinə daxil olmaq imkanı əldə edib.
Qeyd olunub ki, “Caspian European Banking Club”, “Caspian European Tourism Club” və “Caspian European Auto Club”a rəhbərlik etmək üçün iştirakçılardan heç kim yetərli miqdarda səs toplamayıb. Gənc sahibkarlarla iş üzrə komitənin rəhbər vəzifəsi də vakant olaraq qalıb.
Telman Əliyev bildirib ki, sahə klublarının prezidentlərinin sədrliyi ilə ayda iki dəfə dəyirmi masa formatında iclaslar təşkil olunacaq. Dövlət qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək görüşlər çərçivəsində şirkət rəhbərləri öz fəaliyyətləri, problemləri və onların həlli yolları barədə məlumat verəcəklər.
“2017-ci ildə “Caspian European Club” 15 illik yubileyini qeyd edəcək. Bundan əlavə, gələn ilin martında “Caspian European Club”un dəstəyi ilə çap olunan “Caspian Energy” jurnalının 100-cü nömrəsi nəşr olunacaq. İdarə heyətinin üzvlərinin təklifinə görə, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin prezidentləri və baş nazirləri ilə görüşlər yenidən bərpa ediləcək. Əsas diqqət Azərbaycan, Qazaxıstan və Gürcüstanın dövlət qurumları ilə birgə biznes-forumların təşkilinə yönəldiləcək. Bu biznes-forumların işində “Caspian European Club”un üzv şirkətlərinin rəhbərləri ilə bərabər həmin ölkələrdə təmsil olunan diplomatik korpus nümayəndələri, beynəlxalq maliyyə institutlarının və müvafiq assosiasiyaların nümayəndələri də fəal iştirak edirlər”, - deyə T.Əliyev vurğulayıb.
Klubun sədrinin birinci müavini və baş icraçı direktoru dekabrın 7-də Bakıda təşkil olunacaq və dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndənin iştirak edəcəyi “Caspian Energy Forum - 2016”nı klub çərçivəsində bu ilin əlamətdar hadisəsi adlandırıb. Həmin forum Azərbaycanda keçirilən islahatların ilkin nəticələrinə həsr ediləcək. Tədbirdə Azərbaycan Prezidentinə “İlin islahatçısı” nominasiyasında Beynəlxalq “Caspian Energy Award - 2016” mükafatı təqdim olunacaq. Telman Əliyev idarə heyətinin üzvlərini sponsor və spiker qismində “Caspian Energy Forum - 2016”da iştirak etməyə dəvət edib.
Tədbirin sonunda idarə heyətinin üzvləri 26 nəfəri açıq səsvermə yolu ilə sahə klublarının və işçi komitələrin yeni rəhbərləri seçiblər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

