Kredit bürolarının yaradılması bank-maliyyə sektoruna nə vəd edir?
06.10.2016 [09:42]
Mütəxəssislər belə bir təsisatın formalaşdırılmasını müsbət qiymətləndirirlər
Azərbaycanda yeni iqtisadi şəraitdə meydana çıxan çağırışlara uyğun olaraq həyata keçirilən islahatlar həmçinin istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunu da əhatə edir. İndiki şəraitdə ölkənin maliyyə imkanlarından səmərəli istifadə olunması, vəsaitlərin daha məqbul istiqamətlərə yönəldilməsi, real sektorun maliyyə təminatının gücləndirilməsi zərurəti bank-maliyyə sektorunun çevikliyinin artırılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi, risklərin minimuma endirilməsi, şəffaflığın təmin olunması kimi məsələlərin önəmini artırıb. Bu sahədə elə bir işlək mexanizmin qurulmasına nail olmaq lazımdır ki, maliyyə sektoru yaranmış vəziyyətdə, sözün yaxşı mənasında, iqtisadiyyatın inkişafında, fəallığın artmasında katalizator funksiyasını yerinə yetirə bilsin. Hazırda ölkənin bank-maliyyə sektorunda aparılan islahatlar da məhz bu kimi hədəflərə istiqamətlənib. Bununla əlaqədar olaraq dövlət başçısı tərəfindən müvafiq sərəncamlar imzalanıb, eləcə də Milli Məclis bəzi qanunlar qəbul edib.
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında isə “Kredit büroları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə birinci oxunuşda qəbul olunub. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 4 fəsil, 23 maddədən ibarət olan qanun layihəsi əhəmiyyətli sənəddir. O qeyd edib ki, bu gün maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərdəndir. Komitə sədrinin sözlərinə görə, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var. Z.Səmədzadə deyib ki, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
“Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Başqa sözlə, bu kredit bürosu elə bir məlumat bazasıdır ki, orada kredit almaq istəyən hər bir şəxsin əvvəlki borcları, onların ödənmə intizamı, ödənmə statusu, o cümlədən vaxtı keçmiş kreditlər varsa, onlar barədə nə qədər müddətdə vaxtı keçməsi, ödəmə qrafiki kimi digər məlumatları öz əksini tapır”, - deyə komitə sədri vurğulayıb. Z.Səmədzadə əlavə edib ki, kredit bürolarını Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə deyib ki, qanunun təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq: “Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq. Hər bir bank borcgötürənin vəziyyətini qiymətləndirir. Hər bir bank bunu ayrı-ayrılıqda etdikdə banklar bunun üçün xeyli əməkdaş saxlayır və vəsait xərcləyir. Kredit bürolarının yaradılması bankların vəsaitlərinin xərclərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni əgər bank əsas olmadan kredit verməkdən imtina edərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Yəni kredit bürolarının fəaliyyəti həm banklar, həm də vətəndaşların xeyrinədir”.
Məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirib ki, kredit bürolarının yaradılması kreditlərin verilməsinin təkmilləşdirilməsinə xidmət edir. Onun fikrincə, kredit bürolarının yaradılması imkan verəcək ki, daha təkmil formada kreditləri təklif etmək mümkün olsun. Bunun üçün büro və büroya üzv olan banklar konkret meyarlar müəyyənləşdirə biləcəklər. “Kredit bürolarının yaradılmasının əsas üstünlüyü ondan ibarətdir ki, bu, yalnız səmərəliliyin artırılması deyil, eyni zamanda, şəffaflığın gücləndirilməsi baxımından da vacibdir. Bu, konkret meyarlarla krediti ödəmə qabiliyyəti olan vətəndaşların kreditlərə əlçatanlığı baxımından önəmlidir. Vətəndaşlar kreditlərə daha şəffaf və səmərəli şəkildə çıxış imkanları əldə edəcəklər. Eyni zamanda, kredit bürolarının yaradılması problemli kreditlərin aradan qaldırılması baxımından da vacibdir”, - deyən iqtisadçı ekspert əlavə edib ki, bank sektorunda problemli kreditlərin aktivlərdəki sayının azaldılması mümkün olacaq. Onun sözlərinə görə, ödəmə qabiliyyəti olan, ödəniş edən vətəndaşlar üçün kredit bürolarının yaradılması olduqca məqbuldur. Çünki az sayda, sadə prosedurlarla və bəlli meyarlarla vətəndaşlar kredit almaq imkanına malik olacaqlar. Bu da kreditə müraciət, kreditə çıxış imkanlarının asanlaşması deməkdir. Yəni vətəndaş birmənalı şəkildə bundan qazanacaq.
“Banklar üçün də kredit bürolarının yaradılması vacibdir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, problemli kreditlərin həcmi azalacaq, bankların inkişafına müsbət təsir göstərəcək. Banklar nəticə etibarilə bundan faydalanmış olacaqlar. Əlaqələndirici kredit siyasəti bankların likvidliyinin artırılması baxımından da vacibdir. Yəni daha sistemli kredit siyasətinin həyata keçirilməsi onun səmərəliliyini artıracaq. Avropa ölkələrində kredit büroları kifayət qədər inkişaf edib. Həmin ölkələrin təcrübəsi göstərir ki, büroların yaradılması bank sektorunun sabitləşməsi və sağlamlaşdırılması baxımından vacibdir. Bu təsisat həm banklar, həm də vətəndaşlar üçün faydalıdır”, - deyə V.Bayramov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

