Vergilər Nazirliyinin Tədris Mərkəzi beynəlxalq sertifikata layiq görülüb
22.02.2017 [09:43]
Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb. Bu barədə dünən KİV nümayəndələri üçün keçirilən brifinqdə mərkəzin direktoru Əli Həsənov məlumat verib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən xəbərə görə, brifinqdə bildirilib ki, Tədris Mərkəzində İSO 9001:2015 keyfiyyət idarəetmə sisteminin tətbiqinə 2016-cı ilin iyul ayından başlanılıb. Mərkəzin beynəlxalq standartlara uyğunluğunun müəyyən edilməsi məqsədilə Almaniyanın “TUV Thuringen e.V” şirkətinin Azərbaycan ofisi tərəfindən audit aparılıb. Audit zamanı mərkəzin idarəetməsinin, tədrisin keyfiyyətinin, resurslardan istifadənin, aparılan tədris siyasətinin, Tədris Mərkəzinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, mərkəzin maddi-texniki təchizatının beynəlxalq standartlara uyğunluğu yoxlanılıb. Auditin nəticələrinə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.
Brifinqdə vurğulanıb ki, Tədris Mərkəzinin keyfiyyətli idarəetmə sahəsində beynəlxalq sertifikasiyadan keçmək təşəbbüsü təlim siyasətinin daha da təkmilləşdirilməsi, bir sıra dövlət orqanları, ali məktəblər, eləcə də beynəlxalq səviyyədə əməkdaşlığın aparılması, mərkəzin gələcəkdə regional akademiya statusu alması məqsədini daşıyır. Ə.Həsənovun sözlərinə görə, son illər ərzində vergi sahəsində aparılan islahatlar, vergi inzibatçılığının daim təkmilləşdirilməsi, işin günün tələbləri səviyyəsində qurulması vergi orqanlarında insan resurslarının idarə olunmasının təkmilləşdirilməsini zəruri edib. Hazırda nazirliyin bütün sahələrini əhatə edən tədris proqramı vergi orqanı əməkdaşlarının fasiləsiz təhsil almasını təmin edir. Vergilər Nazirliyinin Tədris Mərkəzində vergi əməkdaşları ilə yanaşı, bələdiyyələrə, vergi ödəyicilərinə, vergi dostlarına da müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31

