Səbailli sahibkarlar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşuldular
12.07.2017 [09:12]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı təşəbbüsünə dəstək olmaq, bu nəcib təşəbbüsə öz töhfəsini vermək məqsədilə Bakının Səbail rayonunun tikinti sahəsində fəaliyyət göstərən firma, şirkət, Mənzil Tikinti Kooperativi, ümumilikdə 20-dən çox şirkət rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.
Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayon sahibkarları adından çıxış edən “Pilot Residense” şirkətinin rəhbəri Babək İsmayılov dövlətin sahibkarlara yaratdığı şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirib və ölkədə aparılan sosial əhəmiyyətli tədbirlərin reallaşmasında, xüsusilə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında lazımi köməkliklərini göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Babək İsmayılov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimindəki çıxışını xatırladaraq vurğulayıb ki, biznes strukturları, sahibkarlar da soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıb, öz dəstəklərini veriblər və bu təşəbbüsə Səbail rayonunda ilk olaraq “Pilot Residense” şirkəti qoşulub.
“Kristal Abşeron” MTK-nın rəhbəri Məhayət Nəbiyev deyib: “Ölkə başçısının təşəbbüsü ilə rayonumuzda tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılıb. Bu istiqamətdə Səbail rayonunda bizə hər cür şərait yaradılıb, hər hansı problemlərlə üzləşməmişik. Ona görə də rahat şəkildə fəaliyyət göstərə bilirik. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da son vaxtlardakı fəaliyyəti, xüsusilə də məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətindəki işlərini bir iş adamı kimi dəstəkləyirik və onun həyata keçirilməsində iştirak edərək bu işə öz töhfəsizi verməyə hazırıq”.
“Kaspian Servis” şirkətinin rəsmisi Rəhim Sultanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı sahibkarların ünvanına dediyi xoş sözlərə görə digər həmkarları adından Mehriban Əliyevaya dərin minnətdarlığını bildirərək bundan sonra da dövlətimizin sahibkarlar üçün yaratdığı bu əlverişli biznes mühitindən faydalanaraq soydaşlarımızın problemlərinin həlli istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.
İş adamı humanizmdən irəli gələn bu nəcib təşəbbüsü təqdirəlayiq bir addım kimi dəyərləndirib, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları üçün yaradılan yüksək səviyyədə əlverişli şəraitin mövcudluğundan, onlara göstərilən diqqət və qayğıdan qürur hissi ilə danışıb.
Tədbirdə bildirilib ki, Səbail rayonu ərazisində mənzil tikintisi ilə bağlı hazırda 10-dan çox pilot layihəsi həyata keçirilir. Səkkiz ünvanda tikinti aparılır, digər layihələrlə bağlı isə sənədləşmə işləri gedir. Bu layihələrdə iştirak etmək üçün yeni-yeni sahibkarlar müraciət edirlər.
Daha sonra çıxış edən səbailli iş adamları “Fortis Bayıl” şirkətindən Akif Aslanov, “Best Constraktion” şirkətindən Mikayıl Nəsirov, Elçin Kərimov və başqaları ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə minnətdarlıq bildirərək, həyata keçiriləcək layihələrdə iştirakçı olmaqdan məmnunluq ifadə ediblər.
Sonda Səbail rayonunda tikinti sahəsində çalışan sahibkarlar adından bəyanat qəbul edilib.
Bəyanatda deyilir: “Bu nəcib təşəbbüsdə iştirak etməyi biz özümüzə borc sayırıq və məcburi köçkün soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həyata keçirdiyi böyük işlərə öz töhfəmizi verməyə hazırıq”.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14

