Azərbaycan turizmin inkişafına yönəlib
18.10.2017 [10:12]
Turizmin dünya iqtisadiyyatının ən perspektivli, dinamik və gəlirli sahəsi olması hər kəsə məlumdur və indi bu tezis Azərbaycanda daha böyük önəm qazanmaqdadır.
Son illər ölkədə bu sektora böyük diqqət yönəldilib. Daha dəqiqi, dövlət öz qarşısına turizm sektorunu ölkə iqtisadiyyatının potensial lokomotivinə çevirmək məqsədi qoyub.
Ümumdünya Turizm Təşkilatının açıqlamasında deyilir: “Getdikcə ixrac gəlirlərinin artması, yeni iş yerlərinin, müəssisələrin yaradılması və infrastrukturun inkişafı sayəsində daha çox ölkə turizmi sosial-iqtisadi tərəqqinin həlledici amili saymaqdadır”.
Azərbaycanda turizmin inkişafı üçün bütün imkanlar var. Azərbaycan çox parlaq və koloritli ölkədir. Burada Avropa və Asiya mədəniyyətləri qovuşur. Ölkə ərazisində çoxlu görməli yerlər, qədim şəhər və məscidlər, dəbdəbəli saray və monumental qalalar var. Xəzərin sahili isə gözəl çimərlikləri və kurortları ilə məşhurdur.
Turizm Azərbaycanda dövlət səviyyəsində iqtisadiyyatın prioritet sahələrindən biri kimi tanınıb, çünki bu, dövlətin iqtisadi, siyasi və sosial maraqlarının ifadə olunması üçün ən vacib alətlərdən biridir.
Turizm sektoru regional inkişafın katalizatoru olduğu üçün son illər bölgələrdə çox əhəmiyyətli amilə çevrilib. Turizm sənayesinin təqdim etdiyi xidmətlərin artım dinamikası digər sahələrdən daha çox iş yerlərinin açılmasına səbəb olur.
Hazırda ölkəyə gələn turist axınının artımı müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin turizmi prioritet sahələrdən biri kimi qeyd etməsi təsadüfi deyil. “Turizm ilə bağlı məsələlər xüsusən valyuta mədaxilləri müəyyən dərəcədə azalmış ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar neft-qaz resurslarına malik olan ölkələrdir. Mən deyərdim ki, turizm ixracın vacib istiqamətidir və burada, bizim bu məkanda turizmin inkişafı, müəyyən birgə turizm marşrutları məsələlərinin müzakirəsi də çox böyük əhəmiyyət kəsb edir”, - deyə ölkə başçısı MDB-nin Soçi sammitində bildirib.
Azərbaycanda ölkəyə daha çox turistin cəlb olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli Prezident Sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni mərhələ açır. Bu Sərəncamın icrası çərçivəsində görülən tədbirlərdən biri də Bakıda təşkil olunan ticarət festivallarıdır (Baku Shopping Festival).
Bu il oktyabrın 15-dən noyabrın 15-dək Bakıda sayca ikinci şopinq festival keçirilir. Ay ərzində alıcılar şəhərin 500-dən çox mağazasında geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, həmçinin dünyanın aparıcı brendlərinin bir çox digər məhsullarını xüsusi kampaniyalar çərçivəsində, endirimlə ala bilərlər. İlk dəfə olaraq, festivala aptek və supermarketlər də qatılıb. Üstəlik alınmış mallara “Tax free” tətbiq olunacaq. Bu islahat Azərbaycanda ikinci dəfədir tətbiq olunur. Özü də “Tax free”, yəni ƏDV-nin qaytarılması yerli vətəndaşlara da şamil olunur ki, bunun da dünyada analoqu yoxdur. Bununla yanaşı, festival zamanı müxtəlif interaktiv oyunların, moda nümayişləri və digər əyləncəli tədbirlərin təşkili nəzərdə tutulub.
İkinci Bakı Şopinq Festivalı bir sıra digər yeniliklərlə də yadda qalacaq. Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, ikinci şopinq festival zamanı ilk dəfə olaraq xüsusi turist paketləri təqdim olunacaq. “Festival çərçivəsində turizm agentliklərinə xüsusi turpaketlər təqdim ediləcək. Paketə təyyarə bileti, transfer, sığorta, hoteldə gecələmə və mağazalara şopinq turların təşkili daxil olacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu il festivalın tərəfdaşlarının da sayı üç dəfə artıb. Onlar alıcılara müxtəlif endirim və hədiyyələr təqdim etməkdədir.
Nazir qeyd edib ki, “Azərbaycan Hava Yolları” şirkəti və 15 hotel də vahid proqram çərçivəsində turistlər üçün xüsusi endirimli paketlər təqdim edəcək.
“İkinci Şopinq Festival Azərbaycana turist axınının artmasına hesablanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu yay Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb. Bu ilin sentyabrında isə turistlərin sayında cəmi 7 faizlik artım müşahidə olunub ki, bu da tətil mövsümünün bitməsi və məktəblərdə dərslərin başlanması ilə bağlıdır. Oktyabr-noyabr aylarında turist axınının artması üçün əlverişli şərait yaradacağımıza ümid edirik”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, bu kimi tədbirlər Azərbaycanda turizmin yalnız mövsümi xarakter daşımaması üçün görülür. “Əgər ilk ticarət festivalının yekunlarına görə gəlirlər 5,6 milyon manatı keçmişdisə, görülmüş tədbirlər nəticəsində ikinci festivaldan daha çox gəlir gözləyirik”, - deyə Ə.Qarayev qeyd edib.
Ölkədə sahibkarlığın dəstəklənməsi və turizmin inkişafına yönəlmiş bu festival bölgə dövlətlərində böyük marağa səbəb olub. Rusiya, Ukrayna, Qazaxıstan, İran, Türkiyə və Gürcüstanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman və Bəhreyndən də ölkəyə turist axını gözlənilir.
Festivala gəlmək istəyənlər üçün təşkilatçılar xüsusi turpaket təklif edir. Bu, yerli turizm bazarında ilk belə təşəbbüsdür. Paketə 5 və 4 ulduzlu hotellərdə gecələmə, milli aviadaşıyıcı olan “AZAL”-dan təyyarə biletləri, sığorta, transfer və ticarət məkrəzlərinə şopinq turlar daxildir. Paketlər endirimli qiymətlərlə satılacaq.
Dünya təcrübəsi göstərir ki, turizm yalnız kütləvilik olan yerdə inkişaf edə bilər. Özü də söhbət təkcə turistlərin deyil, həm də bu sahəyə yatırım etmək isəyən iş adamlarının cəlbindən gedir. Hərçənd, kütləvilik təkcə iqtisadiyyatda deyil, siyasət və mədəniyyətdə də uğurun əsas təminatçısı ola bilər. Azərbaycanda biz dövlət rəhbərliyinin turizm sektorunu inkişaf etdirmək üçün siyasi iradə nümaiş etdirdiyinin şahidi oluruq.
Hazırda Azərbaycanda turizm artan xətt üzrə inkişaf edir. 2017-ci ilin birinci yarısında ölkəyə gəlmiş turistlərin sayı 2016-cı ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 1 milyon 199,667 min nəfərə çatıb. Hesablamalara görə, təkcə birinci ticarət festivalı zamanı ölkəyə on minlərlə turist səfər edib ki, bu da axının 32 faizi deməkdir. Müqayisə üçün deyək ki, ötən ilin ilk 8 ayında orta aylıq artım tempi 21 faiz olub. Festivala qatılmış mağazalarda ticarətin həcmi isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14-20 faiz artıb. “Tax free” sistemi vasitəsilə ümumilikdə 18,2 milyon AZN dəyərində alış-veriş edilib.
(Litva dilindən tərcümə -
WorldMedia.Az)
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

