Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Misir qəzeti Bakı Şopinq Festivalından yazıb

Misir qəzeti Bakı Şopinq Festivalından yazıb

24.10.2017 [10:04]

Misirin “Şəbəb əl-Nil” qəzetində ikinci Bakı Şopinq Festivalı barədə məqalə dərc edilib. Yazıda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən təşkil edilən festivalın məqsədi respublikaya turist axınının gücləndirilməsi, əhalinin alıcılıq qabiliyyətinin təşviq olunmasıdır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.
Qəzet budəfəki festivalın öz alıcılarını maraqlı tədbirlərlə, əyləncəli proqramlarla və eksklüziv təkliflərlə sevindirdiyini yazır. Qeyd edilir ki, alıcıların alış-verişdən daha çox zövq alması və qazanması üçün 500-ə yaxın ticarət obyekti, market, turizm şirkəti festivala qoşulub. Festivalda geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edilir.
Misir mətbuatı turizm şirkətlərinin də bu festivaldan öz paylarını götürməkdə maraqlı olduqlarını diqqətə çatdırır. Bildirilir ki, onların həvəsləndirici təklifləri sırasına təyyarə biletləri, daşınma və transfer xidmətləri, sığorta, otellərdə ən azı 3 gecə qalma, Bakı Şopinq Festivalında iştirak edən ticarət obyektlərinə şopinq turları daxildir.
Müəllif qeyd edir ki, builki festivalda əsas hədəf xarici turistlərin aktivliyinə nail olmaqdır. Bunun üçün də xüsusi turizm paketləri hazırlanıb. Hazırda Rusiya, ərəb ölkələri və digər potensial turist cəlbi mümkün olan ölkələrdə turizm paketlərinin satışına başlanılıb.

Paylaş:
Baxılıb: 1029 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30