Azərbaycanın iştirakı ilə Brüsseldə Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası keçirilir
30.06.2018 [09:28]
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüsseldə yerləşən Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası keçirilir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Sessiyanın ilk iş günündə Gömrük Əməkdaşlıq Şurasının 129/130-cu sessiyalarının və 131-ci sessiyasının protokolları təsdiq edilib.
Sonra Şura sədri Enrike Kanon çıxış edib və ÜGT-nin baş katibi Kunio Mikuriyanın hesabatı dinlənilib.
Daha sonra Siyasi Komissiyanın 78-ci və 79-cu sessiyalarında qaldırılmış məsələlərin müzakirəsi başlayıb. Bunlar İqtisadi Rəqabətlilik Paketi üzrə Fəaliyyət Planı, Nəzarət və Hüquq Mühafizə Paketi, Gəlirlər Paketinin III Fazası üzrə Fəaliyyət Planı, SAFE Çərçivə Standartları və aviasiya təhlükəsizliyi kimi siyasi məsələlər olub.
Siyasi məsələlər sırasında elektron ticarət və təhlükəsizlik təşəbbüsü, qanunsuz maliyyə axınları ilə mübarizə, gömrük-vergi əməkdaşlığı, fəaliyyətin qiymətləndirilməsi, dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası, ÜGT-də əlavə dillərin istifadəsinin öyrənilməsi, 2016/2017-ci - 2018/2019-cu illər üçün Strateji Plan: 2018/2019-cu illər üçün Əməliyyat Planı da nəzərdən keçirilib və Audit Komitəsinin hesabatı dinlənilib.
Bununla yanaşı, texniki məsələlər - tarif və ticarət mövzusunda müzakirələr keçirilib. Bu müzakirələrdən öncə isə ÜGT-nin Tarif və Ticarət Direktorluğunun rəhbəri Ping Liunun hesabatı dinlənilib.
Sessiyanın ilk iş günü nümayəndə heyəti rəhbərlərinin iclası ilə başa çatıb.
İyunun 29-da isə sessiya texniki məsələlər sırasında - nəzarət və asanlaşdırma, potensialın gücləndirilməsi mövzularında müzakirələri davam etdirib.
Birinci məsələ ilə bağlı ÜGT-nin Nəzarət və Asanlaşdırma Direktorluğunun rəhbəri xanım Ana Hinojosa, ikinci mövzuda isə ÜGT-nin Potensialın Gücləndirilməsi Direktorluğunun rəhbəri Ernani Checcuccinin hesabatları dinlənilib.
Bundan başqa, ÜGT-yə üzvolma məsələlərinə də baxılıb. Bununla da sessiya bugünkü işini yekunlaşdırıb.
Sessiya iyunun 30-da davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

