SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider elan olunmuş ilk Azərbaycan şirkətidir
27.09.2019 [08:42]
SOCAR AQŞ BMT-nin Qlobal Saziş və sosial məsuliyyət sahəsində qəbul olunmuş 10 prinsipinə uyğunlaşdırılmış biznes fəaliyyətinə əsasən Qlobal Saziş lideri elan edilib. BMT-nin Nyu-Yorkda keçirilən Qlobal Saziş liderləri həftəsində SOCAR AQŞ dünyanın aparıcı korporativ təşəbbüskarları arasında ən fəal iştirakçı kimi dəyərləndirilib, dünyanın aparıcı korporativ təşəbbüskar şirkəti seçilib.
Şirkətdən bildirilib ki, BMT-nin Qlobal Sazişinin icraçı direktoru Layz Kinqo deyib: “Lider şirkətlər BMT-nin Qlobal Sazişi çərçivəsində yüksək səviyyədə əməkdaşlıq nümayiş etdirirlər. Bugünkü tədbirdə təqdir olunan və dayanıqlı korporativ inkişafını təkmilləşdirən şirkətlərin timsalında müxtəlif sahədə və səviyyələrdə fəaliyyət göstərən tərəfdaşların birgə əməkdaşlığına böyük ehtiyac duyulur. Biz, bu sahədə atılan addımlarla daha yaxşı dünya qurmağa nail ola bilərik”.
SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev isə bildirib: “SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider şirkət seçilməyindən məmnunluq duyur. Şirkətimiz 2008-ci ildə fəaliyyətə başladığı gündən bəri yeni, daha məhsuldar iş yerləri açmaqla, insan kapitalının inkişafına töhfə verməklə və ətraf mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirməklə dayanıqlı inkişafa dəstək verməkdədir. BMT-nin Qlobal Sazişi üzrə lider şirkət kimi dayanıqlı inkişaf prinsip və məqsədlərinin korporativ strategiyamızda yer alması digər şirkətlərlə əməkdaşlıq və müasir texnologiyaların tətbiqi sahəsində yeni fürsətlər yaradacaq. Qlobal məqsədlərin tələblərinə riayət etməyimiz şirkətimizin gələcəyi üçün səciyyəvi rol oynayacaq!”
Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin lider şirkəti bu saziş qarşısında öhdəliyini nümayiş etdirmək üçün onun fəaliyyət platformalarından ən azı ikisində iştirak edən, təşkilatın 10 prinsipinə və Qlobal Məqsədlərinə uyğun olan qabaqcıl təcrübələrini müəyyənləşdirərək həyata keçirən, bu prinsiplərin reallaşdırılması ilə bağlı ətraflı hesabat təqdim edən şirkətlər arasından seçilir.
SOCAR AQŞ BMT-nin Qlobal Sazişi qarşısındakı öhdəliyini “Davamlı İnkişaf Məqsədləri” və “Beynəlxalq Təchizat Zəncirində Düzgün İş” fəaliyyət platformalarında iştirakı ilə nümayiş etdirib. Qlobal Sazişin hər bir fəaliyyət platforması şirkətləri, yerli saziş şəbəkələrini, aparıcı mütəxəssisləri, vətəndaş cəmiyyətlərini, hökumətləri və BMT tərəfdaşlarını mürəkkəb və aidiyyəti məsələləri həll etməyə və Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində innovativ yanaşma nümayiş etdirməyə çağırır.
SOCAR AQŞ 2018-ci ilin noyabrından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub.
Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.
Xəbər lenti
Hamısına baxElm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05

