/ / Bakıda “Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə həsr olunan V regional iclas keçirilir
Bakıda “Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə həsr olunan V regional iclas keçirilir
08.10.2019 [11:50]
Oktyabrın 8-də Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunmuş V regional iclas öz işinə başlayıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan OECD-nin vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson iclasın keçirilməsinin əsas məqsədinin BEPS layihəsinin Avrasiya ölkələrində tətbiqi prosesinin müzakirəsi olunmasını qeyd edib.
Bildirilib ki, “İyirmilər qrupu” (G20) və OECD tərəfindən “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə” layihəsi hazırlanıb. Bu tədbirlər paketi vergitutma bazasının aşınmasına imkan yaradan hallarla mübarizə məqsədilə dövlətlərin daxili qanunvericilikləri və bağladıqları beynəlxalq sazişlərdə OECD tərəfindən standart kimi qəbul edilən müddəaların əksini tapmasını nəzərdə tutur.
OECD və IOTA-nın birgə təşkilatçılığı ilə hər il keçirilən bu kimi tədbirlər Avrasiya ölkələrinin mütəxəssisləri üçün səmərəli platformaya çevrilib. Hazırda bu layihəyə 134 ölkə qoşulub.
Tədbirdə çıxış edən Vergilər nazirinin müavini İlkin Vəliyev regional iclasın Bakıda təşkilinə verdiyi dəstəyə görə IOTA və OECD rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, inkişaf etmiş beynəlxalq vergi əməkdaşlığı və bu sahədə beynəlxalq standartların tətbiqi vergidən yayınma ilə mübarizədə uğurlu yollardan biridir. Azərbaycanın vergi sistemini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək baxımından OECD Vergi Siyasəti və İdarəetmə Mərkəzi və IOTA əhəmiyyətli bir platformadır.
Nazir müavini Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, kölgə iqtisadiyyatının azaldılması və vergi mühitinin yaxşılaşdırılması, qeyri-rəsmi əmək bazarının leqallaşdırılması, daha səmərəli vergi güzəştləri vasitəsilə kiçik və orta sahibkarlığın inkişafının təşviq edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülüb.
Diqqətə çatdırılıb ki, ölkələrin gəlir mənbələrini qorumaq üçün beynəlxalq müstəvidə yeni standartlar hazırlanıb. Bu mənada, OECD və G20 ölkələri tərəfindən təqdim olunan BEPS layihəsi qlobal miqyasda getdikcə artan və dərinləşən vergi problemlərinə çox spesifik və vahid yanaşmanı ehtiva edir və vergi administrasiyalarına onları həll etmək üçün əlverişli vasitələr təqdim etməkdədir.
İ.Vəliyev vurğulayıb ki, Azərbaycan hələ BEPS İnklüziv Çərçivəsinə qoşulmasa da, məlumat mübadiləsində beynəlxalq standartların tətbiqi üçün mühüm işlər görülüb və bu fəaliyyət hazırda davam etdirilir.
"Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" mövzusunda davam edən Tvinninq layihəsinin xüsusi əhəmiyyətindən danışan nazir müavini ümumi məqsədin Vergilər Nazirliyi tərəfindən səmərəli transfer qiymət qanunvericiliyinin və transfer qiymətləndirmə təftişinin tətbiqi və həyata keçirilməsi olduğunu bildirib.
Vergilər Nazirliyinin, yerli və xarici dövlət orqanlarının, özəl sektor, təhsil müəssisələri, beynəlxalq və regional təşkilatlardan 80-dək nümayəndənin iştirak etdiyi regional iclasın öz işini oktyabrın 10-dək davam etdirməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

