Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir
09.11.2019 [10:23]
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Oklahoma ştatının kənd təsərrüfatı katibi xanım Bleyn Arturla görüşüb.
Görüşdə Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompson, briqada generalı Brent Rayt, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının rəhbəri Cey Sinkhin də iştirak ediblər.
Nazir Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Oklahoma ştatının aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.
Azərbaycan nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu dilə gətirən xanım Bleyn Artur ştatda kənd təsərrüfatının əsasən heyvandarlıq istiqaməti üzrə ixtisaslaşdığını bildirib. Oklahomanın ölkədə buğda istehsalına görə birinci, mal əti istehsalına görə isə ikinci yerdə olduğunu deyən kənd təsərrüfatı katibi bildirib ki, forumda Azərbaycan və Oklahoma şirkətlərinin heyvandarlıq və bitkiçilik üzrə əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün gözəl imkanlar yaranacaq.
Həmin gün Azərbaycan nümayəndə heyətinin şərəfinə təşkil olunan qəbulda Oklahoma şəhər meri Devid Holt və Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompson çıxış edərək, ştatın müxtəlif ölkələrlə əməkdaşlıq istiqamətləri barədə məlumat veriblər. Natiqlər qeyd ediblər ki, Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Çıxış edənlər fəaliyyətə başlayacaq Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunun aqrar sahədə qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırmaq üçün gözəl platforma rolunu oynayacağını bildiriblər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Oklahoma ştatında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə baş çəkiblər. Oklahoma Dövlət Universitetinin Qida və Kənd Təsərrüfatı Məhsulları Mərkəzində nümayəndə heyətinə aqrar məhsulların müasir texnologiyaların tətbiqi ilə becərilməsi üsulları barədə məlumat verilib. Heyət üzvləri ştat ərazisində fəaliyyət göstərən Süni Mayalanma Mərkəzinin, süd emalı üzrə ixtisaslaşmış “Dairy Freestall Barn” fermasının fəaliyyəti ilə də tanış olublar.
Nümayəndə heyəti, həmçinin Oklahoma ştatının iribuynuzlu heyvanların ən məşhur satış auksionu hesab olunan “Oklahoma National Stockyards”ın fəaliyyəti ilə tanış olublar. Burada heyvandarlıq sahəsinə aid qanunvericilik, ABŞ bazarında mal ətinə olan tələbat, ştatın yürütdüyü qida siyasəti, heyvan xəstəliklərinə qarşı mübarizə mexanizmlərı barədə geniş məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti “Payne Cattle Company” və “Growing Paynes Garden” şirkətlərinin suvarma və otlaq torpaqlarının idarə olunması avadanlıqları, qış mövsümündə çiyələk yetişdirilməsi üsulları ilə tanış olublar.
Günün sonunda Oklahoma Tarix Mərkəzində ştatın Ticarət Departamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə qəbul təşkil olunub. Tədbirdə çıxış edən nazir İnam Kərimov Oklahoma ştatının rəhbərliyinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Azərbaycanla ştat arasında mövcud əlaqələri və strateji əməkdaşlığı daha da möhkəmləndirəcək.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri Oklahoma ştatı ilə uzun illərdir davam edən əməkdaşlığın mövcud potensiala uyğun olaraq daha da inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Qəbulda Oklahoma ştatının rəhbərliyi, ştat Milli Qvardiyasının komandanlığı, amerikalı konqresmen Kevin Hern və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

