/ / Pərviz Şahbazov: Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələn qələbəmiz enerji layihələrimizin təhlükəsizliyini təmin edəcək
Pərviz Şahbazov: Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələn qələbəmiz enerji layihələrimizin təhlükəsizliyini təmin edəcək
13.11.2020 [09:12]
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) onlayn formatda keçirilən 22-ci nazirlər görüşündə iştirak edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə GECF-ə sədrlik edən Əlcəzairin energetika naziri Abdelmadjid Attar, Baş katib Yuri Sentyurin və digər nazirlərlə yanaşı, energetika naziri Pərviz Şahbazov da çıxış edib.
Nazir çıxışında COVID-19 qlobal pandemiyasının dünyada enerji sektoruna və təbii qaz sənayesinə təsiri, iqlim dəyişmələri və hidrogen enerjisindən istifadə kimi mövzulara toxunub, aşağı karbonlu enerji mənbəyi kimi təbii qazın enerji transformasiyasındakı mühüm rolundan bəhs edib. Ölkəmizin apardığı enerji siyasəti çərçivəsində həyata keçirilən transmilli layihələrin enerji təhlükəsizliyinə, sabitliyə, beynəlxalq əməkdaşlığa və inkişafa xidmət etdiyi qeyd edilib və buna bariz nümunə kimi Cənub Qaz Dəhlizi göstərilib.
Bildirilib ki, yaxın vaxtlarda açılışı olacaq və Azərbaycan qazını avropalı istehlakçılara çatdıracaq Trans-Adriatik boru kəməri (TAP) təchizat mənbələrini şaxələndirməyə imkan yaradır. “Avropanın cənubu Xəzər regionu ilə ilk dəfə birləşir və bu, 3500 kilometrlik dəhliz ətrafında regionların, ölkələrin inteqrasiyası, inkişafı, enerji təhlükəsizliklərinin möhkəmləndirilməsi deməkdir”, - deyə nazir qeyd edib.
P.Şahbazov çıxışında Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində avropalı, eləcə də digər ölkələrdən olan istehlakçıların neft-qaz təchizatlarının erməni təxribatlarının hədəfinə çevrilməsi məsələsinə də toxunub. Ermənistan tərəfindən məhz Azərbaycandan Avropaya gedən enerji dəhlizlərinin üstündə yerləşən məntəqələrin bombalandığı, bir neçə dəfə Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru kəmərlərinin, Qərb İxrac Boru Kəmərinin, Azərbaycanla Rusiya arasında mühüm enerji bağı olan Bakı-Novorossiysk neft kəmərinin, eləcə də regionun ən böyük istilik və su elektrik stansiyalarının bombalanmasına cəhdlərin edildiyi, Səngəçal neft və qaz terminalına hücumla bağlı təhdidləri diqqətə çatdırıb.
“Bütün bu dağıdıcı niyyət və məqsədyönlü vandalizm aktları göstərdi ki, biz qlobal enerji, qaz bazarında sabitlik istəyiriksə, həm də münaqişəsiz bir geosiyasi mühitə nail olmalıyıq. Azərbaycanın öz ərazi bütövlüyünü, ədaləti qətiyyətlə bərpa etməsi, 30 illik münaqişəyə, işğala son qoyması həm də bu ali məqsədə xidmət edir. Bu aspektdə ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Ermənistanın hərbi kapitulyasiyası qlobal enerji layihələrinin təhlükəsizliyini, nailiyyətlərimizin davamlılığını təmin edəcək”, - deyə nazir bildirib.
Qaz İxrac Edən Ölkələr Forumu nazirlərinin 22-ci görüşü iki sessiyada işini davam etdirib.
Xatırladaq ki, Qaz İxrac Edən Ölkələr Forumu ilk dəfə 2001-ci il mayın 19-20-də İranın paytaxtı Tehranda Əlcəzair, Bruney, İndoneziya, İran, Malayziya, Oman, Qətər, Rusiya, Türkmənistan və Norveçin nümayəndələrinin iştirakı ilə keçirilən birinci nazirlər görüşü zamanı təsis edilib, 2008-ci il dekabrın 23-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş 7-ci nazirlər görüşündə isə beynəlxalq təşkilat statusu alıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

