172 nömrəli məktəbdə Heydər Əliyevin xatirəsi anılıb — Fəxri Xiyabana ziyarət təşkil olunub
08.05.2026 [17:04]
Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ölkə üzrə keçirilən anım tədbirləri çərçivəsində S.S. Axundov adına 172 nömrəli tam orta məktəbdə də geniş tədbirlər proqramı təşkil olunub.
Məktəbin direktoru Vəfa Bağırovanın rəhbərliyi ilə pedaqoji kollektiv və 2A sinif şagirdləri Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə gül dəstələri düzüblər, əziz xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı məktəblilərə Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət, gənc nəslin vətənpərvər ruhda formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət barədə məlumat verilib. Bildirilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlətçilik ideyaları bu gün də Azərbaycanın inkişaf yolunda mühüm rol oynayır.
Anım tədbirləri daha sonra məktəbin akt zalında “Heydər Əliyev – müstəqil Azərbaycanın memarıdır” adlı bədii-kompozisiya ilə davam edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Bağırova Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərindən danışaraq qeyd edib ki, Ulu Öndər təhsili hər zaman dövlətin və millətin gələcəyi hesab edib.
Direktor çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyevin siyasi kursunun dayandığını vurğulayıb.
Tədbirin bədii hissəsində 2A sinif şagirdlərinin təqdim etdiyi proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlərin hazırlığında sinif rəhbəri Nəzrin Fəttahovanın xüsusi əməyi qeyd olunub.
Kompozisiyada şagirdlərin ifasında səslənən şeirlər, musiqi nömrələri və Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Məktəb rəhbərliyi bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq, Heydər Əliyev irsini tanıtmaq və şagirdləri dövlətçilik ənənələrinə sadiq vətəndaşlar kimi formalaşdırmaqdır.
Sonda tədbirin təşkilində əməyi olan müəllim və şagirdlərə təşəkkür edilib.
Könül Zeynallı
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

