/ / “ASAN İmza” sertifikatlarının onlayn əldə edilməsi və yenilənməsi ilə bağlı yeni elektron xidmət istifadəyə verilib
“ASAN İmza” sertifikatlarının onlayn əldə edilməsi və yenilənməsi ilə bağlı yeni elektron xidmət istifadəyə verilib
16.11.2020 [20:38]
Dövlət Vergi Xidməti yeni elektron xidmət istifadəyə verib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bu, qüvvədə olan “ASAN imza” sertifikatlarının onlayn yenilənməsi və “Şəxsi” tipli “ASAN imza” sertifikatı əsasında “İş (Biznes)” və “Dövlət və bələdiyyə” tipli “ASAN imza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.
Vergi xidmətlərinin böyük əksəriyyətinin elektronlaşdırılmasına baxmayaraq, sahibkarların geniş istifadə etdiyi “ASAN imza”ların əldə edilməsi və yenilənməsi prosesi məsafədən xidmətlər sisteminə daxil edilməmişdi. “ASAN imza” sertifikatının vaxtı başa çatmaqda olan sahibkarlar vergi xidmətləri və ya “ASAN xidmət” mərkəzlərinə gəlməli, növbələrdə gözləməli və bir çox prosedurları yazılı şəkildə həyata keçirməli olurdular. Bu məsələ koronavirus pandemiyası ilə mübarizənin gücləndiyi və insanlar arasında təmasların minimallaşdırılmağa göstərilən səylər çərçivəsində son bir neçə ayda daha kəskin şəkildə ortaya çıxmışdı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 sentyabr tarixli Qərarı ilə “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklilər edilərək Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etmiş şəxslə Mərkəz arasında bağlanılan müqavilənin yazılı formada tərtib edilməsi və sertifikatların kağız daşıyıcıda çap edilərək təqdim edilməsi ilə bağlı tələblər aradan qaldırılıb, imza sahibi tərəfindən sertifikatın qüvvədə olma müddəti ərzində yeni sertifikatın alınması üçün Mərkəzə elektron qaydada müraciət etmək imkanının edilməsi üçün hüquqi əsas yaradılıb.
Vergi orqanları və vergiödəyiciləri tərəfindən sərf olunan vaxt, insan və maliyyə resurslarının dəfələrlə azaldılmasına nail olmaq, ASXM-lərinin fəaliyyətinin yeni qaydaların tələblərinə uyğun təşkil etmək və ölkədə COVID-19 təhlükəsinin qarşısını almaq məqsədilə İnternet Vergi İdarəsində proqram təminatında dəyişikliklərin edilməsi, bununla da qüvvədə olan “ASAN imza” sertifikatlarının onlayn yenilənməsi və “Şəxsi” tipli “ASAN imza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “ASAN imza” sertifikatlarının onlayn əldə olunması istiqamətində işlərə başlanıb.
Aparılan işlər qüvvədə olan “Şəxsi” yaxud “İş” (Biznes) və ya “Dövlət və bələdiyyə” tipli “ASAN imza” sertifikatlarının qüvvədə olma müddəti bitməmiş onların müddətinin uzadılmasını onlayn formada həyata keçirmək, həmçinin “Şəxsi” tipli “ASAN imza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “ASAN imza” sertifikatlarının onlayn əldə olunması üçün müvafiq imkanının yaradılması ilə bağlı idi.
2020-ci ilin oktyabrında bu işlər başa çatdırılıb, “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”na əlavə və dəyişikliklər edilib, o cümlədən mobil operatordan əldə edilmiş “Asan İmza” mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.
Artıq sözügedən elektron xidmət istifadəyə verilib. İstifadəçilər sertifikatın qüvvədə olma müddəti ərzində yeni sertifikatın alınması və “Şəxsi” tipli “ASAN imza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “ASAN imza” sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər. Vergiödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “ASAN imza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi” tipli “ASAN imza” sertifikatı əsasında “İş (Biznes)” və “Dövlət və bələdiyyə” tipli “ASAN imza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” rəsmi internet səhifəyə yerləşdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

