/ / İslam ölkələri Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə reallaşdırılacaq layihələrdə əməkdaşlığa dəvət olunub
İslam ölkələri Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə reallaşdırılacaq layihələrdə əməkdaşlığa dəvət olunub
27.11.2020 [09:17]
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Mərasimdə Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusef bin Ahmad Al-Osaymi, Asiya, Ərəb və Afrika regional qrupları üzrə Banqladeş, Küveyt və Nigeriya rəsmiləri İƏT-ə daxil olan dövlətlər arasında qardaşlıq və həmrəylik əlaqələrinin genişləndirilməsinin önəmini qeyd edərək iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi yolları barədə fikirlərini diqqətə çatdırıblar.
Sonra Azərbaycana xüsusi çıxış üçün söz verilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb, üzv dövlətlərin qurumun müxtəlif platformaları vasitəsilə əməkdaşlıq etdiyini, birgə layihələr icra olunduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan COMCEC-in COVID-19 pandemiyası ilə bağlı xüsusi proqramında iştirak edir.
Azərbaycanın İƏT üzvü olan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verən M.Cabbarov cari ilin 10 ayında COMCEC ölkələrinin Azərbaycanın xarici ticarətindəki payının 22 faiz təşkil etdiyini, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb. Qeyd edilib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən ölkəmizdə müxtəlif sahələrə 1 milyard dollaradək maliyyə vəsaiti ayrılıb.
Ölkəmiz üçün İƏT-in siyasi baxımdan da xüsusi önəmini qeyd edən iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk üzv olduğu beynəlxalq qurum məhz İƏT-dir. COMCEC-in 36-cı sessiyasında M.Cabbarov sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə məlumat verib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, İƏT və onun alt qurumları tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çoxsaylı qətnamələr qəbul edildiyini, bəyanatlar verildiyini və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Bütün münaqişə boyu və 44 günlük müharibə müddətində Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi böyük dəstəyin ölkəmizə və xalqımıza əlavə güc və ruh yüksəkliyi verdiyini vurğulayan nazir bu dəstəyə görə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Eyni zamanda, şərəfli və haqq yolumuzda Azərbaycana dəstək olan digər ölkələrə də minnətdarlıq ifadə edilib.
İslam dünyasında əməkdaşlığın bariz nümunəsi sayılan COMCEC-in 36-cı sessiyasının işinə uğurlar arzulayan Azərbaycanın iqtisadiyyat naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

