Beynəlxalq Valyuta Fondu ilə iqtisadi artımı dəstəkləyəcək addımlara dair müzakirələr aparılıb
16.02.2021 [09:29]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun virtual missiyası ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatında inkişaf meyilləri, 2021-2022-ci illər və ortamüddətli dövr üzrə perspektivlər, COVID-19 pandemiyası fonunda iqtisadi risklər və Azərbaycan hökumətinin adekvat cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.
Nazir pandemiyanın milli iqtisadiyyata və biznes subyektlərinə göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib, postpandemiya dövrü və ortamüddətli dövr üçün ölkənin iqtisadi prioritetlərini qeyd edib. Bildirilib ki, dövlət başçısının Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib və Azərbaycan hökuməti öz işini bu sənədin müəyyən etdiyi istiqamətlər üzrə quracaq.
M.Cabbarov Azərbaycanın yeni bir strateji dövrə daxil olduğunu, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Qarabağ bölgəsinin inkişafına nail olunması və onun iqtisadi imkanlarının reallaşdırılmasının təkcə postpandemiya deyil, həm də postkonflikt dövrünün keyfiyyətcə yeni mərhələsi olduğunu bildirib.
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Natalia Tamirisa fondun mütəxəssisləri tərəfindən fevral ayında keçirilmiş virtual missiyanın yekunları barədə danışıb və bu yekunlara dair məlumatları iqtisadiyyat nazirinə təqdim edib.
Tərəflər missiyanın fəaliyyətinin yekunları, iqtisadiyyatın real sektoru, qeyri-neft sektorunun inkişaf proqnozları, iqtisadi artımı dəstəkləyəcək addımlar və təşəbbüslər, yeni çağırışlara uyğun vergi siyasəti məsələləri, o cümlədən şəffaflığın gücləndirilməsi tədbirləri və sair barədə müzakirələr aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50

