“Azercell” “Avro-2020”də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir
19.06.2021 [08:30]
Ölkəmizdə keçirilən futbol üzrə Avropa çempionatının oyunlarında lider mobil operator gücləndirilmiş iş rejimində çalışır
“Azercell Telekom” MMC Bakıda keçirilən “Avro-2020” oyunlarında abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir. Bu il futbol üzrə Avropa çempionatı çərçivəsində 4 oyunun paytaxtımızda təşkil edildiyini diqqət mərkəzində saxlayan lider mobil operator Bakı Olimpiya Stadionunda, eləcə də ətraf ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirib.
Futbol azarkeşlərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən “Azercell” ərazidə şəbəkənin tutumunu dəfələrlə artırıb. Qeyd edək ki, stadion daxilində ümumi mobil şəbəkə infrastrukturu məhz “Azercell” tərəfindən quraşdırılıb. Məkan innovativ şəbəkə həlləri ilə təchiz edilib. Həmçinin hazırda ərazidə “Azercell”in səyyar mobil Radio Baza Stansiyası da fəaliyyət göstərir. Stadionda yüksəksürətli mobil internet xidmətləri təqdim edən “Azercell” tamaşaçılara oyunlardan təəssüratlarını dərhal paylaşmaq, sosial şəbəkələrdə canlı yayım etmək imkanı yaradıb.
“Avro-2020” çempionatına texniki hazırlıq çərçivəsində aparılan işlər qonaqların yerləşdiyi otelləri də əhatə edib. Belə ki, mehmanxanalara xidmət verən stansiyalarda şəbəkənin keyfiyyətinin yoxlanılması istiqamətində aktiv işlər aparılır. Əlavə olaraq, “Azercell” paytaxtımızın qonaqlarına yüksəkkeyfiyyətli rominq xidmətləri təqdim etmək üçün tərəfdaş operatorlarla daima əlaqədədir və mütəmadi olaraq müvafiq test işləri həyata keçirir.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC-nin ölkə ərazisi üzrə əhatə dairəsi 94 faiz, ölkə əhalisi üzrə isə 98,7 faiz təşkil edir. Təkcə son 2 il ərzində lider mobil operator LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsini 35,9 faizdən 85,5 faizə, coğrafi dairəsini isə 22,5 faizdən 73,3 faizə qədər genişləndirib. Hazırda bu texnologiya ilə işləyən Radio Baza Stansiyaların ümumi sayı isə 2775-ə çatdırılıb.
Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,7 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, Beynəlxalq Biznes “STEVIE” Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

