Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

23.07.2021 [09:23]

İyulun 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Cahit Bağçını salamlayan Tahir Budaqov onunla görüşdən məmnunluğunu ifadə edərək Azərbaycandakı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb. Komitə sədri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının dillər əzbəri olduğundan, Türkiyənin dövlət müstəqilliyimizi tanıyan ilk ölkə kimi 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ilk ölkə olmasından danışaraq göstərilən siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasət nəticəsində iki ölkə arasında əlaqələrin mühüm strateji əməkdaşlıq səviyyəsinə yüksəlməklə dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.
Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, öz növbəsində, səmimi görüşə görə təşəkkür edib, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələrin siyasi, iqtisadi-ticari, humanitar və s. sahələrdə çox uğurlu inkişafından söz açıb.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki dövlət başçısının fəaliyyətlərinin xüsusi vurğulandığı görüşdə bütün istiqamətlərdə olduğu kimi, statistika sahəsində də əməkdaşlığın vacibliyi qeyd edilib, perspektivli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 947 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30