Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Azercell”in rəqəmsal xidmətləri indi daha çox istifadəçinin rahatlığını təmin edir

“Azercell”in rəqəmsal xidmətləri indi daha çox istifadəçinin rahatlığını təmin edir

06.08.2021 [08:52]

Ölkənin müştəri yönümlü lider şirkəti “Azercell Telekom” MMC rəqəmsal həllərdən istifadəni daha asan və rahat etmək məqsədilə “Kabinetim”, “ABB Mobile”, “Umico” platformaları üzərindən xidmətlərin çeşidini genişləndirir.
İndi ABB Mobile tətbiqinə “Azercell”in NNTV, Bookmate, BluTv, “IVI” rəqəmsal həlləri ilə yanaşı, “SberZvuk” xidmətinə abunəlik də əlavə olunub. “SberZvuk”la milyonlarla istifadəçinin istənilən əhvala, şəraitə və məkana uyğun musiqini tapması, dünya hitlərindən tutmuş klassikaya qədər müxtəlif növ musiqini dinləməsi mümkündür. 50 milyon mahnı, podkast, fərdi tövsiyə və musiqini özündə cəmləşdirən rəqəmsal məhsulun ağıllı alqoritmləri seçiminizi sizin üçün avtomatik olaraq fərdiləşdirir.
Yayın əvvəlində “SberZvuk” xidmətinə Hi-Fi musiqisi üçün dəstəyin əlavə olunması nəticəsində indi milyonlarla mahnı istifadəçilər üçün itkisiz (lossless) - sıxlaşdırma və təhrif olunmadan təqdim olunur. Bu yeniliklər əlavə ödəniş tələb etmədən standart abunə paketinə daxildir. Qeyd edək ki, Hi-Fi keyfiyyəti musiqini yaradıcıları tərəfindən ilk düşünüldüyü və yazıldığı şəkildə dinləməyə imkan verir. Bu funksiya iOS və Android əməliyyat sistemini dəstəkləyən bütün mobil cihazlarda istifadə oluna bilər. Bunun üçün “SberZvuk” tətbiqində Hi-Fi işarəsi olan istənilən kompozisiyanı seçmək, və ya pleyerdə, istifadəçi profilində Hi-Fi keyfiyyətinə keçid etmək kifayətdir. Eyni zamanda, trekləri keyfiyyətini itirmədən onlayn şəkildə dinləmək və ya mobil cihazın yaddaşına yükləmək də mümkündür.
Həmçinin “ABB Mobile”də təqdim olunan “BluTV” mobil kinoteatrına Discovery+ striminq xidməti əlavə edilib. Yeni proqram sayəsində bu kanalın sənədli və əyləncəli kitabxanasına üzv olmaq mümkündür. Bu paketdə “Discovery Channel”, “TLC”, “Animal Planet, ID”, “Discovery Science”, “Food Network”, “Travel Channel”, həmçinin “Eurosport” kimi populyar kanalların təqdim etdiyi ən məşhur şoular, seriallar, idmançılar haqqında proqramlar təqdim olunur.
Xatırladaq ki, bu və digər “Azercell” rəqəmsal məhsulları artıq “Umico” platformasına da əlavə olunub və xidmətlərə qoşulma qaydası çox sadədir: “Umico” tətbiqini “App Store” və ya “Play Store”dan yüklədikdən sonra “Umico”da “Bonuslar” səhifəsinə keçid edib “Azercell - Keşbekli xidmətlər” bölümü seçilməlidir.

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30