AYNA-da nələr əks olunacaq?
13.10.2021 [10:36]
AYNA sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə cavabdehlik daşıyacaq
Mühüm sahələrdən biri sayılan sərnişindaşıma və yükdaşıma sahələrində yeni islahatlara start verilib. Belə ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında yaradılan yeni qurum - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu sahədə idarəetmənin təkmilləşdirilməsində və elektronlaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Fərmana uyğun olaraq, AYNA publik hüquqi şəxs Sumqayıt və Gəncə şəhər icra hakimiyyətləri başçıları yanında, həmçinin Bakı da (BNA istisnadır-P.S) daxil olmaqla, Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında formalaşdırılıb. Bu isə sərnişindaşıma və yükdaşıma işinin təşkilində, onun idarə olunmasında vahid mərkəzin formalaşdırılması deməkdir.
Bəs yeni yaradılan bu qurumun fəaliyyət mexanizmi nəyə əsaslanır? Digər tərəfdən, vahid mərkəz olaraq formalaşdırılmış AYNA yeni standartları regionlarda necə həyata keçirəcək? Ekspertlərin fikrincə, AYNA-nın yaradılması da məhz regionlardakı sərnişindaşıma sistemindəki boşluqları və çatışmazlıqları aradan qaldırmağa hesablanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə, yeni yaradılmış AYNA Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) bazasında formalaşdırılıb. Ekspert vurğulayıb ki, keçmiş DANX Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla digər regionlarda sərnişin və yükdaşımaların təşkilinə cavabdeh qurum idi. İndiki halda isə, həm Sumqayıt, həm də Gəncənin nəqliyyat sistemi AYNA tərəfindən tənzimlənəcək: “Əvvəlki format özünü doğrultmadı. Regionlarda - Gəncə və Sumqayıt şəhərlərində nəqliyyat sistemi doğru - düzgün qurulmadı, inkişaf getmədi. Bu sahə ilə bağlı haqlı narazılıqlar vardı. Sərnişinlərə xidmət olduqca aşağı səviyyədə idi. AYNA-nın bu problemləri aradan qaldıracağına inanıram. Artıq bütün işlər vahid sistem üzərindən həyata keçiriləcək. DANX-nin bütün strukturları yeni qurumun sərəncamına verilib. Bununla yanaşı, AYNA həm də dövlət nəzarətində olacaq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək”.
Prezidentin AYNA-nın yaradılması ilə bağlı imzaladığı Fərmanda vacib məqamların yer aldığını diqqətə çatdıran E.Muradlının sözlərinə görə, qurum avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, innovativ həllərin tətbiqinin genişləndirilməsinə cavabdehlik daşıyacaq. Eyni zamanda, avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsi, habelə məlumatların əlçatanlığının təmin edilməsi də yeni yaradılan AYNA informasiya sistemi üzərindən həyata keçiriləcək. “Nəqliyyat, ümumilikdə çox önəmli bir sahədir və istər sərnişindaşıma, istərsə də yükdaşıma sahəsində yeni təkmilləşməyə ehtiyac var. Düşünürəm ki, yeni yaradılacaq struktur bu sahə üzrə vahid mərkəzin formalaşmasını təmin edəcək. Sözügedən Fərmana əsasən, yeni sistemin yaradılması nəzərdə tutulub. Fikrimcə, AYNA informasiya sistemi həm də ASAN Xidmətə inteqrasiya olunmalıdır. Yükdaşıma, sərnişindaşıma ilə bağlı lisenziyaların, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması yeni texnologiyalara əsaslanacaq. İnsanlar əziyyətdən qurtaracaq, vaxt itkisinin qarşısı alınacaq. Ən əsası isə şəffaflıq tam təmin ediləcək”, - deyən E.Muradlı onu da əlavə edib ki, müvafiq dövlət strukturunun - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bununla bağlı gələn il üçün mühüm planları mövcuddur. Bir sözlə, İctimai Şura üzvü AYNA-nın sərnişin və yükdaşımadakı problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağı qənaətindədir.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

