Antidollar siyasəti effektiv olacaqmı?
15.12.2021 [09:53]
Dollardan imtina dünya miqyasında tendensiyaya çevril??
Nicat Dilqəmli
Bəzi ölkələrdə ABŞ dollarının sürətlə bahalaşması davam edir. Bu proses fonunda dollardan imtina məsələsi də gündəmə gəlib. Əfqanıstanın dollardan imtina etməsi isə sonuncu belə nümunədir. Qeyd edək ki, “Taliban” Əfqanıstanda milli valyutanın - əfqaninin son günlər kəskin ucuzlaşması ilə əlaqədar dollar alqı-satqısını qadağan edib. Ölkənin Kabildə yerləşən ən böyük valyuta bazarı “Saray Şahzadə”də dolların məzənnəsi avqustun əvvəlində 80 əfqani olsa da, artıq 114 əfqani səviyyəsinə çatıb. Mərkəzi Bank ölkədə bütün ticarət əməliyyatlarının yalnız Əfqanıstanda həyata keçirilməli olduğu barədə fərman verib. “Taliban” rəsmiləri daha sonra iqtisadi əməliyyatlarda xarici valyutadan istifadə edən əfqanları cəzalandıracaqlarını bildiriblər.
Bu təcrübə daha əvvəllər də tətbiq olunmasına baxmayaraq, heç bir müsbət nəticə əldə olunmayıb. İndiki halda dollardan imtina bu kursu seçən dövlətlərin iqtisadiyyatına necə təsir edəcək, yerli pul vahidləri möhkəmlənəcəkmi?
İqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli “Yeni Azərbaycan”a bildirdi ki, bu imtina reallığı əks etdirmir: “Hazırda bir çox ölkələrdə, xüsusən də Birləşmiş Ştatlar ilə gərginlik yaşayan bir çox dövlətlərdə xarici valyutalardan, ən əsası, ABŞ dollarından imtina məsələsi gündəmdədir. Burada əsas çağırış xarici ticarət əməliyyatlarında dollardan istifadəni dayandırıb, yerli valyutaya keçid etməkdir. Hətta illər öncə bu proseslərə cəhdlər olsa da, uğursuz alınmışdır. Rusiya, İran, Türkiyə və Əfqanıstan kimi ölkələrdə də dollardan imtina çağırışları geniş vüsət almaqdadır. Düşünürəm ki, bu, indiki halda mümkün deyil. İlkin olaraq dollardan imtinanın mümkünsüzlüyü ondan ibarətdir ki, dünya aktivlərinin böyük hissəsi ABŞ dollarında qeydə alınmaqdadır. İkincisi, dünya ticarət bazasında ölkələr arasında aparılan strateji məhsulların ticarəti ABŞ dolları üzərindən həyata keçirilməkdədir. Üçüncüsü, ölkələr arasında aparılan valyuta əməliyyatları belə birbaşa aparılmır. Bu konvertasiyalar ya ABŞ dolları, ya da avro üzərindən həyata keçirilməkdədir. Bu aspektdə bu valyutalardan imtina reallığı əks etdirmir”.
İqtisadçı-ekspert Elbrus Cəfərli isə bildirib ki, dollardan imtina etmək üçün dünyada yeni beynəlxalq ödəniş sistemləri qurulmalıdır: “Dollar hazırda dünya valyutası kimi dominant rol oynayır, birmənalı olaraq dünya valyutasıdır. Dünyada aparılan beynəlxalq ödəmə əməliyyatlarının və maliyyə ehtiyatlarının 65 faizi ABŞ valyutası ilə həyata keçirilir. Avronun payı 20 faizdən çox deyil. Qalan 15 faizlik maliyyə rezervləri Böyük Britaniya, Yaponiya, Çin və Rusiya valyutasıyla idarə olunur. Qlobal ticarətin böyük bir hissəsi - 70 faizi dollarla aparılır, heç bir ölkə beynəlxalq bazarda əmtəə və xidmətləri öz milli valyutası ilə satmaq imkanına malik deyil, dünya birjalarında neft-qaz və qızıl satışları dollarla aparılır. Yəni ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda, qlobal ticarətdə hegomonluğunu qoruyub saxlayır”.
“Çin, Rusiya, İran, Türkiyə və bəzi ölkələr müəyyən dövrlərdə dollardan imtinaya çağırışlar etdi, hətta bir neçə il əvvəl Avropa İttifaqı da avrodan istifadəni genişləndirmək məqsədilə antidollar siyasəti yürüdəcəyini bildirmişdi, ancaq əksinə, avro ucuzlaşdı, dollar sabit valyuta dayanıqlılığını saxladı. Çünki alternativ güclü ödəniş sisteminin yaradılması mümkün olmadığından dollarlaşmadan qaçmaq mümkün olmadı. Bu gün də faktiki olaraq qlobal iqtisadiyyatın vəziyyətini və dünya ölkələrinin milli valyutalarının məzənnəsini ABŞ-ın Federal Rezerv Si?teminin (FED) faiz qərarları tənzimləyir. FED faizləri artıranda dünya ölkələrinin böyük bir qisminin milli valyuta bazarında təlatüm yaşanır”, - deyə E.Cəfərli fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

