Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / DSMF-nin xərcləri artıb

DSMF-nin xərcləri artıb

10.02.2022 [22:46]

Nicat

Cari ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,7 milyon manat və ya 9,9 faiz artıb. Fondun məlumatında bildirilir ki, xərclərin 91,5 faizini əhaliyə ödənişlər təşkil edib.

Mövzuyla bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, sosial paket vətəndaşların, eləcə də pensiyaçıların sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edir: “Prezident tərəfindən həyata keçirilən sosial paket vətəndaşlarımızın, eləcə də pensiyaçıların sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edir. Nəzərə alsaq ki, yanvar ayından etibarən pensiyaların minimum məbləği 20% artırılaraq 200 manatdan 240 manata qədər yüksəldi bu da pensiya alan vətəndaşlarımızın aldıqları pensiya məbləğinin yüksəlməsinə gətirib çıxardı. Bu baxımdan bütövlükdə DSMF-nin xərcləmələri daha çox vətəndaşlarımızın pensiya və digər ödənişlərinin həyata keçirilməsinə yönəldilib. Ötən müddətə baxsaq, diqqət çəkən məqamlardan biri DSMF büdcədən asılılığının azalmasıdır, bir tərəfdən DSMF bütövlükdə öz gəlirlərini yığımlar hesabına artıra bilir, digər tərəfdən isə büdcədən asılılığın azaldılması DSMF büdcəsinin dayanıqlılığını təmin edir və birbaşa təsir göstərir. DSMF həm öz büdcəsinin dayanıqlılığını təmin etməyə çalışır, həm də əhaliyə verilən vəsaitlərin həcmində də artım olur”.

“Xüsusən nəzərə alsaq ki, indeksasiya ilə bağlı Prezident tərəfindən Sərəncam imzalandı, ona görə də gözlənilir ki, fevral, mart və digər aylarda da Dövlət Sosial Müdafiə Fondundan xərclənən vəsaitlərin həcmində artımlar olacaq, yenə də vəsaitlərin əhəmiyyətli hissəsi vətəndaşlarımızın ödənişlərinə yönəldiləcək. Bu baxımdan 2022-ci ildə DSMF vətəndaşlarımızın pensiya və digər təminatını həyata keçirməsində xüsusi paya malik ola biləcək”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.

Paylaş:
Baxılıb: 1084 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30