Ölkənin yeni strateji prioriteti: Dövlət və səfərbərlik ehtiyatının yaradılması
11.02.2022 [23:37]
Mübariz ABDULLAYEV
Azərbaycan dövləti öz siyasətini zamanın dəyişən tələblərinə uyğun qurur. Bu baxımdan, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalaması və qurumun nizamnaməsini təsdiqləməsi xüsusi aktuallıq daşıyır. Bəhs olunan sənədlərdə ölkənin ərzaq təminatı ilə bağlı aktual məsələlər öz əksini tapıb. Dünya ərzaq bazarında mənfi konyuktura hökm sürdüyü indiki dövrdə Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycanda dövlət və səfərbərlik ehtiyatlarının yaradılması strateji önəm kəsb edir.
Strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlılığının təmin edilməsi
Hazırda Azərbaycan bir sıra məhsullara olan daxili tələbatını sırf yerli istehsal hesabına təmin edir. Qarşıya qoyulan strateji hədəf isə meydana çıxan yeni çağırışlara adekvat olaraq ölkənin ərzaq təhlükəsizliyini daha etibarlı və uzunmüddətli dövr üçün təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin imzaladığı sənədlər ölkəmizdə etibarlı ərzaq təhlükəsizliyinə nail olunmasının institusional çərçivələrini, optimal mexanizmini formalaşdırmağı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir. Fərmana əsasən, ölkədə dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə bu qurum cavabdehlik daşıyacaq. Agentliyin fəaliyyət istiqamətlərinə dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını və mühafizəsini təmin etmək və dövlət və səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görmək daxil edilib. Agentlik, həmçinin Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini, saxlanılmasını və yenilənməsini (əvəzlənməsini) həyata keçirəcək. Eləcə də quruma ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək səlahiyyəti verilib. Ümumiyyətlə, dövlət başçısının imzaladığı nizamnamə ilə agentliyə həvalə olunan vəzifələrin əhatə dairəsi kifayət qədər genişdir. Heç bir şübhə yoxdur ki, qurum ona verilən səlahiyyətlər çərçivəsində ölkəmizin dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına nail olacaq.
Ərzaq təminatının möhkəmləndirilməsinə yeni töhfələr
Ekspertlər bəhs olunan sənədlərin ölkənin ərzaq təminatının möhkəmlənməsinə xüsusi töhfə verəcəyini bildirirlər. Bu barədə fikirlərini “Yeni Azərbaycan”a bildirən Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb: “Azərbaycan müasir çağırışlara uyğun olaraq ərzaq təhlükəsizliyinin formalaşması və xüsusən də dövlət ehtiyatlarının artırılması üçün sistemli fəaliyyət həyata keçirir.
Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq həm Dövlət Taxıl Fondunun ehtiyatlarının artırılması, həm də dövlət ehtiyatları üçün vəsaitlərin cəlb edilməsi və ərzaq təminatının formalaşması əsas prioritetlərdən biridir. Bu baxımdan, Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsinin təsdiqlənməsi və fəaliyyətinin təmin edilməsi haqqında dövlət başçısının Fərmanı birmənalı şəkildə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi töhfə verəcək. Sənəddə ölkənin istehlak bazarında strateji məhsulların 3 ay müddətində müəyyən edilib siyahısının dövlət başçısına təqdim edilməsi tapşırılıb. Bu isə ondan xəbər verir ki, həm istehlak bazarındakı dəyişikliklər, eləcə də qlobal bazardakı çağırışlar fonunda etibarlı ərzaq təhlükəsizliyinin formalaşdırılması əsas hədəflərdən biri olaraq qalmaqdadır”.
Milli Məclisin deputatı Azərbaycanın öz tədbirlərini qlobal ərzaq bazarında risklərin artdığı bir şəraitdə həyata keçirdiyinə də xüsusi diqqət çəkdi. “Nəzərə almaq lazımdır ki, növbəti illərdə qlobal ərzaq bazarında qıtlığın olacağı proqnozlaşdırılır, biz tələbatın artması fonunda təklifin azalmasını müşahidə edirik. Bütün bunların kontekstində son Fərman da təsdiqləyir ki, Azərbaycanda ərzaq təminatı prioritetdir və həyata keçirilən siyasət ərzaq təminatı sahəsində dayanıqlılığın möhkəmləndirilməsinə və ehtiyatların artırılmasına xidmət edir”, - deyə Vüqar Bayramov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

