Ermənistan yenidən “ofsayd”da
15.03.2022 [10:36]
Zəngəzur dəhlizi Ermənistansız da fəaliyyət göstərəcək
Mübariz ABDULLAYEV
Azərbaycan öz imkanlarını təqdim edərək regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə davamlı töhfələr verən dövlətdir. Ölkəmizin fəal iştirakı ilə bu istiqamətdə daha bir mühüm addım atılıb. Söhbət, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasından gedir. Belə bir sənədin imzalanması çox doğru olaraq postmüharibə dövrünün reallıqları fonunda Azərbaycan rəhbərliyinin ölkəmizin milli və gələcək maraqlarına cavab verən unikal bir gedişi kimi dəyərləndirilir.
Ermənistan gözləməkdə, Azərbaycan iş görməkdə
Azərbaycanla İran arasında perspektiv əməkdaşlıqla bağlı yeni sənədin imzalanmasından söhbət açarkən məğlub Ermənistanın adını çəkməyimiz heç də təsadüfi deyildir. 2020-ci il noyabrın 10-da 44 günlük müharibənin məntiqi nəticəsi olaraq Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılmasını özündə ehtiva edən maddə yer almışdı. Sonradan Prezident İlham Əliyev sözügedən kommunikasiya bağlantısına “Zəngəzur dəhlizi” adını verdi və bu termin beynəlxalq səviyyədə qəbul olundu.
Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin yaradılması bütün region dövlətlərinin maraqlarına cavab verir. Dəhlizin açılması dalan ölkə olan Ermənistan üçün də faydalıdır. Lakin məğlub ölkə yaranmış fürsəti lazımınca dəyərləndirə bilmir. Təxminən bir il yarımdır ki, Ermənistan hakimiyyəti, buradakı ayrı-ayrı revanşist qüvvələr Zəngəzur dəhlizinin yaradılmasını Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə çalışaraq müəyyən şərtlər irəli sürür və sərsəm bəyanatlar səsləndirirlər. Bu şərtləri qəbul etməyən qalib Azərbaycan isə, necə deyərlər, öz işindədir və milli maraqlarının təmin olunmasını, regional əməkdaşlığın genişlənməsini hədəfləyən təşəbbüslər irəli sürür. Ölkəmizin dost İranla yeni nəqliyyat bağlantısının yaradılması ilə bağlı razılığa gəlməsi bunu bir daha təsdiqləyir.
Ölkənin qazanacağı siyasi və iqtisadi dvidenlər
Yeni nəqliyyat bağlantısı Azərbaycana həm siyasi, həm də iqtisadi dividenlər qazandırır. Bu yol əslində Ermənistan ərazisindən çəkilməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə paralel və yaxud alternativ bir marşrutdur. Beləliklə, Ermənistanın və onu dəstəkləyən qüvvələrin Azərbaycana yönəlik səsləndirdikləri şərtlər suya düşüb əriyir, məğlub ölkə bu dəfə də “ofsayd”da qalır. Zəngəzur dəhlizi Ermənistansız da fəaliyyət göstərəcək.
Azərbaycanın İran ərazisindən keçməklə yaradılan yeni nəqliyyat dəhlizindən götürəcəyi iqtisadi dividenlər də kifayət qədər böyükdür. Yeni yol bağlantısı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunacaq. Bu o deməkdir ki, Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər Azərbaycandan keçəcək. Bunun sayəsində də respublikamızın tranzit gəlirləri artacaq. Eyni zamanda, Naxçıvandan olan iş adamları, şirkətlər öz məhsullarını daha asan yolla beynəlxalq bazarlara çıxartmaq imkanı qazanacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

