Avropa Rusiyadan aldığı qazın dəyərini rublla ödəyəcəkmi?
30.03.2022 [10:28]
Mübariz ABDULLAYEV
Rusiya-Ukrayna müharibəsi yalnız hərb meydanlarında getmir. Hazırda iqtisadi sektor da geosiyasi səbəblərdən başlayan qanlı müharibənin əhatə dairəsindədir. ABŞ başda olmaqla Avropa İttifaqı (Aİ) dövlətləri Rusiyanın imkanlarını məhdudlaşdırmaqdan ötrü bu ölkəyə qarşı dörd mərhələdə əsasən, iqtisadi məzmunlu sanksiyalar tətbiq ediblər. Hazırda yeni məhdudiyyətləri nəzərdə tutan beşinci sanksiyalar paketi də masa üzərindədir.
“Qara siyahı”da hansı ölkələr var?
Qərbin tətbiqinə başladığı sanksiyaların mənfi təsirlərinə məruz qalan yalnız Rusiya iqtisadiyyatı deyil. Artıq ABŞ-da və Avropanın özündə də sanksiyaların əks-təsirləri barədə danışmağa başlayıblar.
Rusiyaya qarşı sanksiyaların əhatə dairəsini genişləndirən Avropa İttifaqı dövlətlərinin ehtiyatlandıqları ən böyük problem isə enerji təhlükəsizliyi ilə bağlıdır. Zəngin karbohidrogen resurslarına malik olan Rusiya Avropa dövlətlərinin neft və qaz təminatında mühüm paya malikdir. Avropanın enerji bazarında Rusiyanı əvəzləmək üçün yeni mənbələr tapmaq lazımdır. Bunun üçün isə həm vaxt, həm də zəruri infrastruktur yoxdur.
Sanksiyalarla üzləşən Rusiya da cavab zərbələrini Avropanın məhz zəif nöqtələrinə vurmağı hədəfləyib. Bu ölkənin Qərbin sanksiyalarına qarşı ən effektiv cavab tədbiri Avropa dövlətlərinə satdığı qazın dəyərinin ödənilmə mexanizmində dəyişikliklər etməsi ilə bağlıdır. Söhbət satılan qazın dəyərinin avro və yaxud dollarla deyil, rublla ödənilməsi tələbindən gedir. Vladimir Putin hökumətə, Rusiya Mərkəzi Bankına və “Qazprom” şirkətinə Avropa İttifaqı ölkələrinə, Rusiya vətəndaşlarına və hüquqi şəxslərə qarşı məhdudiyyətlər tətbiq etmiş dövlətlərə qazın rublla satışını təmin etməyi tapşırıb. Sözügedən tələbin Rusiyaya “dost olmayan ölkələr”ə tətbiq edilməsi nəzərdə tutulub. Artıq həmin ölkələrin “qara siyahı”sı da hazırlanıb. Buraya ABŞ, Kanada, Yaponiya və əksər Avropa ölkələri daxildir.
Moskva israrlıdır - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva xeyriyyəçiliklə məşğul olmayacaq və Aİ ölkələri ödənişləri rublla aparmayacaqları təqdirdə, onlara pulsuz qaz verməyəcək.
Avropa rublla ödəmə tələbinə nə deyir?
Rusiyadan “dost olmayan ölkələr”ə satılan qazın dəyərinin rublla ödənilməsi mexanizminin hazırlanması üçün nəzərdə tutulan vaxtın bitməsinə cəmi bir gün qalır - martın 31-də hər şey hazır olmalıdır. Bu, Rusiyanın tələbidir. Bəs “dost olmayan ölkələr” aldıqları qazın pulunu rublla ödəməyə hazırdırlarmı?
Hələlik “qoca qitə”dən Rusiyanın tətbiq etməyə hazırlaşdığı yeni qiymət siyasətinə “yox” cavabı verilir. Avropa İttifaqının və ayrı-ayrı dövlətlərin yüksək səviyyəli rəsmilərinin açıqlamalarında vurğulanır ki, qiymət siyasətinin dəyişməsi əslində müqavilə öhdəliklərinin pozulması anlamına gəlir və Rusiya üçün məsuliyyət yaradır. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Bu, birtərəfli qərar və müqavilənin kobud şəkildə pozulması demək olardı. Bu, sanksiyalardan yan keçmək cəhdidir. Biz məhdudiyyətlərimizdən yan keçilməsi məqsədi daşıyan fəaliyyətlərə imkan verməyəcəyik. Enerji amilinin şantaj vasitəsinə çevrilməsi dövrü artıq keçmişdə qalıb”, - deyib. Oxşar fikirləri G7 ölkələrinin rəsmiləri də ifadə ediblər. Rusiyanın yeni tələbinə Kiyevdən də reaksiya verilib. Müharibə tərəfi olan Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib ki, ölkəsi Rusiyadan Avropaya nəql olunan yanacağın tranzit haqqını rublla almağa razı deyil. “Bu, mümkün deyil. Burada söhbət ikitərəfli razılaşmadan getmir. Rublla hesablaşmalar aparmaq imkan xaricindədir”, - deyə ukraynalı nazir vurğulayıb. Siyasilər öz yerində... Aİ ölkələrini təmsil edən şirkətlər də Kremlin ödəniş mexanizmini dəyişməsinə qarşıdırlar və buna hazır olmadıqlarını bildirirlər. Nəticənin necə olacağını görmək üçün isə çox gözləmək lazım deyil.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

