Ərzağın qiyməti artacaq
06.04.2022 [09:58]
Bunu qaçılmaz edən səbəblər
Mübariz
Son vaxtlar qlobal ərzaq bazarında arzuolunmaz proseslər müşahidə edilməkdədir. Ən ciddi narahatlıqlardan biri isə təklifin azalması fonunda qiymətlərin artması və inflyasiyanın yüksəlməsi ilə bağlıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, qlobal miqyasda ərzaq və yemin qiymətləri 8-20 faiz bahalaşa bilər. Təşkilatdan bildirilib ki, dünyada ərzaq məhsullarının qiymətləri indeksi cari ilin əvvəlindən bəri 3,9 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 24,1 faiz artıb. Bəhs olunan dövrdə buğdanın qiyməti 2,1 faiz, qarğıdalı 5,1 faiz, ümumilikdə dənli bitkilərin qiymətləri 3 faiz bahalaşıb.
Qiymətlər niyə artır?
Qlobal miqyasda ərzaq məhsullarının qiymətlərinin artmasını müxtəlif amillər şərtləndirir. “Veysəloğlu” MMC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəhbəri Aynur Həsənzadə bildirib ki, hazırkı qiymət artımlarına müxtəlif amillər, o cümlədən nəqliyyat xərclərinin yüksəlməsi, tədarük zəncirinin pozulması, habelə qarğıdalı və buğda əmtəə qiymətlərinin qalxması səbəb olub.
Qlobal miqyasda ərzaq bazarına təhdidlər yaradan ən mühüm amil isə sonu görünməyən Rusiya-Ukrayna müharibəsidir. Hazırda müharibə tərəfləri olan Rusiya və Ukrayna dünyanın ərzaq təminatında böyük paya malikdirlər. Verilən məlumatlara görə, sözügedən ölkələr qlobal taxıl ixracının üçdəbirini həyata keçirirlər. İndi müharibə səbəbindən vəziyyət dəyişib. “Münaqişə nəticəsində Ukraynadan buğda ixracı dayanıb. Belə ki, bu ölkənin Qara dənizdəki liman qurğularının fəaliyyəti dayandırılıb və nəticədə 2021-ci ildə yığılan buğda məhsulunun xaricə ixracının qarşısı alınıb. Odur ki, daha yüksək buğda qiymətləri hamı üçün daha yüksək ərzaq qiymətlərinə çevrilməkdədir”, - deyə Aynur Həsənzadə bildirib.
Müharibənin digər iştirakçısı olan Rusiya isə hazırda sanksiyalar altındadır. Bu ölkə ona qarşı tətbiq olunan sanksiyalar fonunda daxili bazarı qorumaq üçün payızadək bir sıra ərzaq məhsullarının, o cümlədən şəkərin, dənli bitkilərin, buğdanın ixracına məhdudiyyətlər tətbiq edib. Beləliklə, münaqişə nəticəsində artıq buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə çatıb. Buğda və çörəyin qiymətində artımın qida və ərzaq dəyərinə təsir edən yeganə amil olmadığını deyən “Veysəloğlu” şirkətinin təmsilçisi vurğulayıb: “Ukrayna daha bir mühüm məhsulun ixracatçısıdır. Avropa Ukraynanın günəbaxan yağının istehsalının yarısını idxal edir. Məhz bu yağdan bişmiş, konservləşdirilmiş və hazır qidalarda, eləcə də sousların və şorbaların hazırlanmasında istifadə olunur. O, eyni zamanda, qənnadı məmulatlarının və uşaq qidasının əvəz edilməsi çətin olan tərkib hissəsidir”.
Azərbaycan bazarına təsirlər
Ekspertlər müharibə və digər neqativ amillər səbəbindən ərzaq tədarükü zəncirinin pozulmasının Azərbaycan bazarına da təsirsiz ötüşmədiyini bildirirlər. Respublikamız bir sıra pozisiyalar üzrə hələ də idxaldan asılıdır. Buğda bu sırada öndə gəlir. Respublikamızın bu qiymətli ərzaq məhsuluna illik tələbatı 3,5 milyon tondur. Bunun yalnız 60 faizi yerli istehsal hesabına qarşılanır. Azərbaycanın taxıl idxalında Rusiya 95 faizdən çox payla əsas mövqeyə malikdir. Ölkəmiz 2021-ci ildə 331,919 milyon dollar dəyərində 1 148 060 min ton buğda idxal edib. İdxalın həcmi 2020-ci illə müqayisədə 15.9% az olsa da, dəyəri 11.8% artıb.
“Veysəloğlu” şirkətlər qrupunun təmsilçisi digər pozisiyalarda da qiymətlərin artmasının gözlənilən olduğunu bildirib: “Duru yağ qiymətlərində müşahidə olunan 30-50%-ə yaxın qiymət artımı Azərbaycan bazarındakı qiymətlərə də müəyyən bir artımla təsir edəcək. Biz “Veysəloğlu” MMC olaraq yarana biləcək çətinliyin qarşısını almaq məqsədilə artıq ehtiyat tədarük etmişik. Nəzərinizə çatdıraq ki, hazırda “Veysəloğlu” MMC tərəfindən distribusiya olunan duru yağ məhsullarının qiymətlərində artım olmayıb, lakin qlobal proseslərin fonunda yuxarıda qeyd olunan iqtisadi təsirlər səbəbilə qiymətlərdə müəyyən qədər artım olacağı gözlənilir”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08

