Ötən il 4, bu il daha 5...
15.04.2022 [10:03]
“Yaşıl enerji” vadisi
Mübariz ABDULLAYEV
Son illərdə Azərbaycanın neft-qaz sektorundan kənar daha bir perspektivli gəlir mənbəyi formalaşmaqdadır. Söhbət ölkə üzrə elektrik enerjisi istehsalının və ixracının artmasından gedir. Bir vaxtlar Azərbaycanın elektrik enerjisi ilə təminatı arzuedilən səviyyədən çox aşağı idi. Böyük həcmlərdə dövlət investisiya qoyuluşu hesabına reallaşdırılan irimiqyaslı layihələr sayəsində vəziyyət dəyişib - həm daxili tələbat bütünlüklə yerli istehsal hesabına ödənilir, həm də ixrac imkanlarımız yaranıb və bu həcm getdikcə artmaqdadır. Energetika Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, 2022-ci ilin yanvar-mart aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 269,2 mln.kVt·st, yəni 3,9 % artaraq 7194,2 mln. kVt·st olub. O cümlədən cari ilin ilk 3 ayı üzrə elektrik enerjisinin ixracı 508,4 mln. kVt·st olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 mln. kVt·st artıb.
Elektrik enerjisinin istehsalında yeni mərhələ
Zəngin neft-qaz resurslarına malik olan Azərbaycanın ənənəvi yolla elektrik enerjisi istehsalı imkanları kifayət qədər genişdir. Ancaq indi bütün dünyada olduğu kimi, respublikamızda da elektrik enerjisi istehsalında keyfiyyətcə yeni mərhələ - bərpaolunan enerji dövrü başlayıb. Ölkəmizin bu sahədə də potensialı kifayət qədər böyükdür. Respublikamızın iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Ölkəmiz bərpaolunan enerji sahəsindəki geniş potensialından daha səmərəli istifadə etmək niyyətindədir. Prezident İlham Əliyev Onun sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində qarşıya qoyulan hədəflərdən bəhs edərək vurğulayıb: “Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, - mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, - həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik”.
Ölkəmiz qarşıya qoyulan hədəfə doğru inamla irəliləyir. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 17,3%-ni təşkil edir. Prezident İlham Əliyev respublikamızda bərpaolunan enerji sektorunda davamlı artım dinamikasından məmnunluğunu ifadə edərək “Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi - bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək”, - deyə vurğulayıb.
Keçən il 4, bu il daha 5 stansiya ...
44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində bölgənin elektrik enerjisi ilə təchizat sisteminin qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Müşavirədə bildirdiyi kimi, keçən il işğaldan azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. “Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi - Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında biz bunu bacardıq”, - deyə dövlət başçısı vurğulayıb.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilər Azərbaycanın “yaşıl enerji” vadisi hesab olunur. Təəssüf ki, mənfur düşmən üştərəfli Bəyanata əsasən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb. Artıq qalib Azərbaycan həmin stansiyaların bərpasına başlayıb. Ötən il işğaldan azad edilmiş torpaqlarda 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib - ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonundan keçən Lev çayı üzərində. Bu il isə daha beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Eyni zamanda, İran İslam Respublikası ilə birlikdə Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi həyata keçirilir. Bu stansiyaların potensialı kifayət qədər böyükdür - 240 meqavata bərabərdir. Sözügedən stansiyaların inşası tamamlandıqdan sonra istehsal olunan elektrik enerjisinin yarısı Azərbaycana çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42

