Avropa Rusiya qazından imtina edərsə...
19.05.2022 [10:12]
“Qoca qitə” alternativ “mavi yanacaq” mənbələri axtarışında
M.ABDULLAYEV
Rusiya-Ukrayna müharibəsi fonunda regionda geosiyasi vəziyyətin gərginləşməsi digər fəsadlarla yanaşı, Avropanın enerji təhlükəsizliyinə də ciddi təhdidlər yaradıb. Qərb müharibə tərəfi olan Rusiyanı iqtisadi cəhətdən zəiflətmək üçün indiyədək bu ölkəyə qarşı bir neçə mərhələdə sərt sanksiyalar tətbiq edib. Bu sanksiyaların bir qismi isə Rusiyadan enerji daşıyıcılarının ixracının məhdudlaşdırılmasını əhatə edir. Eyni zamanda, Rusiya Avropa İttifaqından gələn sanksiyaları cavabsız qoymayıb. Prezident Vladimir Putin aprelin 1-dən “dost olmayan ölkələr”ə satılan qazın dəyərinin rublla ödənilməsi barədə qərar imzalayıb.
Avropa “mavi yanaca?”ı, Rusiya gəlirlərini itirir...
Beləliklə, aydın görünür ki, enerji amili Avropa ilə Rusiya arasında siyasi təzyiq vasitəsinə çevrilib. Hər iki tərəf yaranan gərginliklər fonunda qarşılıqlı ittihamlarla çıxış edir. Avropanın perspektivdə Rusiya qazından bütünlüklə imtina etməyi hədəfləməsi hər iki tərəf üçün suallar doğurur. Avropa İttifaqının gündəliyində dayanan əsas suallardan biri belədir: Böyük bazarın tələbatını qarşılamaq üçün Rusiya qazını hansı mənbələr hesabına əvəzləmək mümkün olacaq? Xatırladaq ki, Avropa enerji bazarında Rusiyanın payı kifayət qədər böyükdür. “Qoca qitə”nin illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. İndiyədək bu həcmin təxminən 40 faizi Rusiyadan idxal hesabına ödənilib.
Avropanın Rusiya qazından imtina etməsi şimal qonşumuzun böyük gəlir mənbəyindən məhrum qalması deməkdir. 2021-ci ildə qaz Rusiyaya gündəlik 200 milyon dollar valyuta gətirib. Deməli, söhbət illik 70 milyard dollara yaxın valyutanın itirilməsindən gedir. Verilən məlumatlara görə, Rusiya-Ukrayna müharibəsinin ilk 2 ayında Avropa İttifaqı Rusiyaya yalnız yanacaq məhsullarına görə 44 milyard avro (46.3 milyard dollar) ödəyib. Sözügedən 2 ayda Rusiyanın qlobal yanacaq məhsulları satışından əldə etdiyi 66.3 milyard dollar həcmində gəlirinin 70 faizi Avropa İttifaqının payına düşüb. Sanksiyalara məruz qalan Rusiyanın əsas valyuta gəlirlərini yenə də Qərb dövlətləri formalaşdırır.
Belə bir vəziyyətdə Avropa Rusiyanın enerji asılılığından yaxa qurtarmaq üçün yollar axtarır. Nəzərlər isə müxtəlif ünvanlara dikilib. Bu sırada Azərbaycan da yer alır. Respublikamız Avropanın “mavi yanacaq” bazarına əsasən 2021-ci ilin əvvəlindən daxil olub. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) inşası tamamlandıqdan sonra buna imkan yaranıb. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan alternativ mənbə və şaxələndir?lmiş nəql marşrutu təklif edir. Öz növbəsində Aİ ölkələri qlobal enerji bazarında müsbət imicə malik Azərbaycandan qaz idxal etməyə maraqlıdırlar. İndiyədək respublikamızdan “qoca qitə”yə “mavi yanacaq” nəqlinin artırılması ilə bağlı Avropa İttifaqı səviyyəsində intensiv müzakirələrin aparılması bunu əyani şəkildə təsdiqləyir. Azərbaycanın isə qaz idxalını artırmağa həm geniş imkanları, həm də qətiyyətli siyasi iradəsi var. Ölkəmiz “mavi yanacaq” hasilatını artırmaqda davam edir. Bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kubmetr qaz hasil edilib. Bəhs olunan dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetrə bərabər olub ki, bunun da 2,6 milyard kubmetri Avropaya ünvanlanıb. Bu o deməkdir ki, bu ilin birinci rübündə Azərbaycanın “mavi yanacaq” hasilatı 12.0, ixracı 15.3 faiz çoxalıb. Avropaya qaz satışı isə 2.4 dəfə artıb. Rəqəmlərdən də göründüyü kimi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artmaqdadır.
Nəzərlər həm də İrana, Türkmənistana dikilib
Avropada Rusiya qazını əvəzləyə biləcək ən böyük mənbə qismində İran çıxış edə bilər. Bu ölkə Qətərlə birlikdə zəngin “Pars” yatağını işləyir. Eyni zamanda, İran, Küveyt və Səudiyyə Ərəbistanı arasında münasibətlərdə istiləşmə müşahidə edilir. Hazırda bu üç ölkə Fars körfəzində yerləşən mübahisəli “Durra” qaz yatağının birgə işlənməsinə dair razılıq əldə olunmasına çox yaxındır.
Əlbəttə, indiki geosiyasi gərginliklər fonunda İran qazının Avropaya asanlıqla çıxardılacağını düşünmək sadəlövhlük olardı. Məsələ burasındadır ki, ABŞ başda olmaqla Qərbin İrana münasibəti heç də xoş olmayan məcrada inkişaf edir. Bu ölkə də sanksiyalara məruz qalıb. Əgər Avropa İrana potensial qaz mənbəyi kimi baxırsa, onda, ilk növbədə, sanksiyalar yumşaldılmalıdır.
İran qazının Avropaya çatdırılmasında infrastruktur amili də önə çıxan məsələlər sırasındadır. Qazın daşınmasında ən optimal variant boru xətləri hesab edilir. İranın Avropaya birbaşa çıxışını təmin edəcək boru xətti yoxdur. Belə bir infrastrukturun yaradılması isə həm uzun vaxt, həm də böyük maliyyə vəsaiti tələb edir. Ancaq vəziyyət ümidsiz deyil. Əgər bütün maneələr dəf edilib İran qazının Avropaya çatdırılması ilə bağlı konsensus əldə olunacaqsa, onda yenə də Azərbaycan Cənub Qaz Dəhlizinin imkanlarını təqdim edə bilər. Sxem təxminən belə qurulacaq: “Mavi yanacaq” İrandan Azərbaycana ötürülür, buradan isə hazır dəhlizlə Avropaya yönləndirilir.
İndiki məqamda Avropa üçün digər bir alternativ mənbə Türkmənistan ola bilər. Zəngin qaz ehtiyatlarına malik bu ölkənin də xarici bazarlara çıxış üçün şaxələndirilmiş nəql marşrutları yoxdur. Hazırda Türkmənistan qaz satışını əsasən Çinlə həyata keçirir. Ölkənin ixrac həcmləri isə daha böyükdür. Türkmənistan qazının gələcəkdə Avropaya çatdırılması üçün müxtəlif variantlar təklif olunur. Məsələn, bu ölkə öz qazını hazır infrastrukturla İran üzərindən Azərbaycana, buradan isə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya ötürə bilər. Bu layihədə aparıcı rol respublikamızın üzərinə düşəcək. Türkmənistan qazının Avropaya çatdırılması baxımından Transxəzər layihəsi də müzakirə olunur. Bu layihə barədə fikirlərini ifadə edən Heritage Fondunun xarici siyasət mərkəzinin direktoru Luke Coffey vurğulayıb: “Türkmənistan qazını Avropa bazarına çıxarmaq Aİ-nin strateji məqsədi olmalıdır. Vaxt keçdikcə Türkmənistan qazı Avropanın Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azalda bilər. Avropanın Türkmənistan qazını almaq üçün ən çox üstünlük verdiyi yol Transxəzər Boru Kəməri olacaq. Avropa ABŞ-ın diplomatik və siyasi dəstəyi ilə Bakı və Aşqabadı tez bir zamanda bu kəməri reallaşdırmağa təşviq etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

