Daha yüksək iqtisadi artım gözlənilir
09.06.2022 [10:08]
Dünya Bankı isə proqnozu sabit saxlayıb
N.PAŞA
Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib və iqtisadi inkişaf dinamikası artan xətt üzrə hərəkət etməkdədir. Belə ki, həm koronavirus, həm də müharibə səbəbindən bir xeyli çətinliklər yaranmasına baxmayaraq, ölkə başçımızın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bu çətinliklərdən qısa zamanda cüzi itki ilə çıxdı. İqtisadiyyat sahəsində əldə etdiyimiz uğurlar nüfuzlu beynəlxalq qurum və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.Yeri gəlmişkən, Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib. Dünya Bankı (DB) 2022 və 2023-cü illər üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını sabit saxlayıb. Bu barədə DB-nin “Qlobal İqtisadi Perspektivlər” hesabatının iyun sayında qeyd edilib.
DB Azərbaycanın bu il iqtisadi artımı ilə bağlı proqnozunu dəyişməyərək 2,7% müəyyən edib. Gələn il üçün bu göstərici 2,2% təsdiqlənib. 2024-cü ildə isə Azərbaycanda ÜDM-in artımı təşkilat tərəfindən 2,3% civarında proqnozlaşdırılıb.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, iqtisadi artım proqnoz ediləndən də artıq olacaq: “Rusiya-Ukrayna müharibəsindən sonra beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı əksər ölkələr üçün iqtisadi artım proqnozlarını dəyişdi. Eyni zamanda, qlobal iqtisadi artım proqnozlarında da dəyişikliklər edildi. Amma Azərbaycanla bağlı Dünya Bankının iqtisadi artım proqnozlarında dəyişiklik yoxdur. Müharibənin regiona təsirlərinə baxmayaraq, Azərbaycan 2022-ci ildə proqnozlaşan iqtisadi artıma nail ola biləcək. Bu ilin ilk 5 ayının yekunları göstərir ki, Azərbaycan proqnozlaşdırılandan daha çox iqtisadi artıma nail olmaq imkanına malik olacaq. Baxmayaraq ki, Dünya Bankı tərəfindən proqnozlar dəyişdirilməyib, azaldılmayıb buna baxmayaraq mövcud tendensiya bir daha təsdiq edir ki, Azərbaycan 2022-ci ildə, eləcə də növbəti illərdə proqnozlaşdırılandan daha yüksək iqtisadi artıma nail olmaq potensialına malikdir. Gözlənilir ki, iqtisadi artım beynəlxalq maliyyə qurumlarının proqnozlarından daha yüksək olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

