Geri dönüş: Sərt sanksiyalardan yumşaq sanksiyalara keçid...
23.06.2022 [10:08]
MÜBARİZ
ABŞ və Avropa İttifaqı (Aİ) dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaların mühüm bir hissəsi bu ölkədən neft və neft məhsullarının idxalının məhdudlaşdırılmasını nəzərdə tutur. Artıq müvafiq sanksiyalar paketi qüvvəyə minib. Qərb bu yolla Rusiyanı gündəlik müharibə xərclərini qarşılamaq imkanlarından məhrum qoymaq istəyir. ABŞ-ın və Aİ dövlətlərinin belə bir radikal addımı atmaları isə heç də təsadüfi deyildir. Məsələ burasındadır ki, karbohidrogen ehtiyatlarının ixracı müharibə tərəfi olan Rusiya üçün böyük gəlir mənbəyi deməkdir. Şimal qonşumuz dünyanın ən böyük neft və qaz istehsalçıları sırasında yer alır. Bu ölkə gündəlik 5 milyon barel neft və 3 milyon barel neft məhsulları ixracatına malikdir. Şimal qonşumuz Avropaya yalnız neft ixracatından illik 104 milyard dollar gəlir götürürdü.
Səmərəsiz sanksiyalar
Proseslərin gedişindən belə məlum olur ki, Qərbin Rusiyaya qarşı “neft embarqosu” siyasəti gözlənilən nəticəni vermir. Bəzi analitiklər hətta Avropaya Rusiyadan neft idxalının dayandırılmasını nəzərdə tutan sanksiyaların bu ölkənin revanş götürməsinə və hətta daha artıq gəlirlər qazanmasına gətirib çıxartdığını bildirirlər. Rusiya Avropada itirdiyi müştərilərini böyük Asiya bazarında tapıb. Hazırda şimal qonşumuzdan nəhəng iqtisadiyyata malik Çinə və Hindistana daha çox həcmlərdə neft göndərilir. Verilən məlumatlara görə, artıq Rusiya gündəlik 1,98 milyon barel ixracla Çinin neft təchizatçıları arasında lider mövqeyə çıxıb. Bütün bunların nəticəsidir ki, sanksiyalarla üzləşən Rusiya neft hasilatını çox cüzi həcmdə azaldıb. Rusiyanın avantajı həm də onunla bağlıdır ki, sanksiyalar fonunda dünya bazarında enerji daşıyıcılarının qiymətləri durmadan yüksəlir. Bu, ixracatçı ölkə olan Rusiyanın xeyrinədir - ölkə yüksək qiymətlər fonunda daha çox gəlir götürür.
Özlərinin qazdıqları quyuya özləri düşənlər...
Sanksiyalarla üzləşən Rusiyanın sadalanan avantajları fonunda ABŞ-ın və Avropanın “özlərinin qazdıqları quyuya özlərinin düşmələri” kədərli mənzərə formalaşdırır. Hazırda “qoca qitə”nin enerji təhlükəsizliyi Avropa İttifaqının ən əsas cari məsələsinə çevrilib. Narahatçılıq Rusiya neftinin əvəzlənməsindəki çətinliklərlə bağlıdır. İqtisadiyyatın və əhalinin tələbatının tam şəkildə qarşılanmaması həm enerji daşıyıcılarının, həm də qeyri-neft məhsullarının, xidmətlərin qiymətlərinin kəskin şəkildə artmasını qaçılmaz edib. İnflyasiya cilovlanması mümkünsüz görünən bir prosesə çevrilib ki, bu da ciddi narazılıqlara yol açır. Enerji daşıyıcılarının qiymətlərinin artması fonunda şirkətlər fəaliyyətlərini məhdudlaşdırırlar və əhalinin yoxsullaşması müşahidə edilir.
Odun tədarükünün artırılmasına çağırış
Avropa İttifaqına üzv olmayan ölkələrdə də vəziyyət buna bənzərdir. Məsələn, Aİ-yə daxil olmağa can atan Moldovada vəziyyət daha acınacaqlı hal alıb. Ölkənin yeni mənbələrdən nisbətən baha qiymətlərlə yanacaq almağa imkanı yoxdur. Buna görə də rəsmilər Avropa İttifaqında ölkələrin yeni mənbələrdən yanacaq almalarına dəstək verəcək bir fondun yaradılmasının zəruriliyini ifadə ediblər. Moldovanın baş naziri Natalya Qavrilitsa isə ölkəsində odunun qiymətinin artmasının qarşısını almağa çağır?ş edib. “Odunla təchizatı prioritet məsələyə çevirmək lazımdır. Bu gün odunla təminat proqramı zərurətə çevrilib, qiymətlərin qalxmamasına təminatlar verilməlidir”, - deyə baş nazir vurğulayıb.
Okeanın o tayındakı vəziyyət də...
Enerji təhlükəsizliyinə yaranan təhdidlər fonunda belə həyəcan təbili digər ölkələrdə də çalınır. Verilən məlumatlara görə, Rusiyaya qarşı sanksiyaların əsas təşəbbüskarlarından olan ABŞ-ın özündə də enerji daşıyıcıları ilə təminatda vəziyyət elə ruscadır. Neft ajiotajı bu ölkədə də hər addımda hiss olunmaqdadır. Ehtimal edilir ki, indiki templərin qalacağı təqdirdə anbarlardakı neft ehtiyatları 2031-ci ilədək 727 milyon barellik maksimal həddən 130 milyon barelədək azala bilər. Ölkədə strateji neft ehtiyatları saxlanılan anbarlarda həcmlərin sürətlə azalması ciddi narahatlıqla izlənilir və buna görə Co Bayden administrasiyası sərt tənqidlərə məruz qalır. Narahatlıqlar administrasiyanın özünə də sirayət edib. Hazırda bu ölkədə artan tələbatı qarşılamaqdan ötrü neft emalının artırılmasının zəruriliyi gündəmə gəlib. Bu barədə ABŞ prezidenti Co Baydenin özü danışıb. “Bizə neft emalının həcmini artırmaq lazımdır. Ölkənin neft-qaz sektorunda emalın artırılmasına ehtiyac olmadığı barədə təqdimatlar isə bu günün reallıqları ilə bir araya sığmır”, - deyə Co Bayden vurğulayıb. Onun sözlərinə görə, neft emalının artırılmasına imkan verən yeni mexanizmlər hazırlanmalıdır. ABŞ prezidenti zəruri tədbir kimi nəzərdə tutulan benzinə federal verginin tətbiqinin dayandırılması ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib. Onun ifadə etdiyi qənaətə görə, bu, yolların çəkilməsinə və təmirinə az təsir göstərə bilər.
Rusiyanın cavabı nə olacaq?
Okeanın o tayında və Avropada neft həyəcanını səngitmək üçün ən “orijinal” sayıla biləcək təklif isə ABŞ-ın Maliyyə Nazirliyinin rəhbəri Canet Yellendən gəlib. Söhbət onun Rusiya neftinin aşağı qiymətlərlə dünya bazarına daha böyük həcmlərdə çıxardılmasının razılaşdırılması təklifindən gedir. Hələlik bu təşəbbüs ABŞ-da və sanksiyalar üzrə müttəfiq ölkələrdə müzakirə olunmaqdadır. Detallar barədə danışan ABŞ-ın Maliyyə Nazirliyinin rəhbəri əlavə edib ki, Avropa şirkətlərinə Rusiyadan sığortalanmış neftin idxalını aşağı qiymətlərlə davam etdirməyə icazə veriləcək və bunu istisna kimi dəyərləndirmək lazımdır.
Belə görünür ki, ABŞ və Avropa Rusiyaya qarşı sərt neft embarqosu sanksiyalarını daha yumşaq sanksiyalarla əvəzləməyə hazırlaşır. Buna Rusiyanın cavabı isə hələlik bəlli deyil. Şimal qonşumuz yeni təkliflərə “yox” deməklə ABŞ-ı və “qoca qitə”ni məyus etmiş olacaq.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

