Əsas inkişaf istiqaməti - sənaye quruculuğu
02.07.2022 [10:48]
MÜBARİZ
Hazırda sənayenin milli iqtisadiyyatımızın əsas drayverinə çevrildiyini aydın şəkildə izləmək mümkündür. Ölkəmiz dördüncü sənaye inqilabının hədəflərinə doğru inamla irəliləyir. Son illərdə ölkə üzrə Ümumi Daxili Məhsul istehsalında sənayenin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Respublikamızda ən yüksək inkişaf göstəriciləri, bir qayda olaraq, qeyri-neft sənayesində qeydə alınır. 2022-ci ilin əvvəlindən bəri qeyri-neft sənayesi üzrə istehsalda təxminən 15 faiz artım qeydə alınıb. Bu, hazırkı qlobal risklər və təhdidlər fonunda kifayət qədər yüksək göstəricidir və bütün dünya üçün nümunə sayıla bilər.
Sənaye zonalarının üstünlükləri
İndiki qlobal təhdidlər fonunda Azərbaycanın sənaye inkişafında uğurlara imza atması, ilk növbədə, ölkədə reallaşdırılan siyasətlə bağlıdır. Respublikamızda sənaye inkişafı güclü şəkildə təşviq edilir və dəstəklənir. Ölkədə hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyevdən gələn sənaye parklarının və məhəllələrinin yaradılması təşəbbüsü uğurla reallaşdırılır. İndiyədək ölkə üzrə 6 sənaye parkı (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 4 sənaye məhəlləsi (Sabirabad, Masallı, Neftçala, Hacıqabul” yaradılıb.
İstehsalatların sənaye parklarında və məhəllələrində təmərküzləşməsi bir sıra nöqteyi-nəzərdən önəmlidir. İlk növbədə, infrastruktur təminatının yaratdığı üstünlükləri qeyd edə bilərik. Sənaye parklarında və məhəllələrində yüksək səviyyəli infrastruktur, bir qayda olaraq, dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılır və sonradan bu infrastrukturdan bəhrələnən investorlar müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər. Rezidentlərin digər avantajları da var. Belə ki, hazırda ölkədəki mövcud sənaye parklarında rezidentlər üçün vergi və gömrük güzəştləri tətbiq edilir. Onlar qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən, həmçinin 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Rezidentlərin sayı artır
Bu və ya digər güzəştlər və dəstək tədbirlərinin məntiqi nəticəsidir ki, çoxlu sayda istehsal müəssisəsinin eyni bir məkanda cəmləşdiyi sənaye parklarının və məhəllələrinin milli iqtisadiyyatımızda rolu getdikcə artır. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumatda bildirilir ki, indiyədək sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə 2022-ci ilin I rübü daxil olmaqla ümumilikdə 6,5 milyard manatdan çox məhsul istehsal edilib və bunun 2,1 milyard manatı (təqribən 32 faizi) ixrac olunub.
Daxili istehlakın yerli istehsal hesabına qarşılanması
İndiki geosiyasi gərginliklər fonunda daxili istehsal hər bir ölkə üçün çox mühüm amilə çevrilib. Bu baxımdan respublikamızdakı sənaye parklarının və məhəllələrinin fəaliyyətinin genişlənməsi xüsusi diqqət çəkir. Əlamətdar haldır ki, sənaye parklarında və məhəllələrində buraxılan məhsulların həcminin və çeşidinin artması sayəsində bir sıra məhsullara olan daxili tələbat sırf yerli istehsal hesabına qarşılanır və bu siyahı ilbəil böyüyür. Bildirildiyi kimi, hazırda sənaye zonalarında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr, şpris istehsalı, tekstil sənayesi məhsulları və sair yeni mallar istehsal edilir. Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 40-dan çox ölkəsinə ixrac olunur.
Qarabağda sənaye inkişafı
Azərbaycanın sənaye potensialının böyük bir hissəsi 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə cəmləşib. Bu ərazilər təbii ehtiyatlarla zəngin olan bir diyardır. Burada emal sənayesinin böyük inkişaf perspektivləri var. Uğurla reallaşdırılan bərpa proqramı çərçivəsində sözügedən ərazilərin sənaye potensialından da səmərəli istifadə edilməsi nəzərdə tutulub. Bu məqsədlə Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında 190 hektar ərazidə Ağdam, 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (Cəbrayıl rayonunda) yaradılıb. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilir ki, sözügedən sənaye parklarında quruculuq işləri mərhələli şəkildə və plana uyğun olaraq həyata keçirilir. Hər iki sənaye parkının ərazisi tam olaraq minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Ağdam Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Mobil şəhərcikdə rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana təşkil edilib, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Parkın ərazisində “Kapital Bank”ın və ABB-nin bankomatları quraşdırılıb. Ödəmə terminalı (Milli Ön) yerləşdirilib. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq komplekt transformator məntəqəsi quraşdırılıb.
Hazırda parkın 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların, alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların, polimer məhsulların, uniforma, xüsusi və fərdi geyimlərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatların, dam örtüklərinin istehsalı və ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihələrini həyata keçirəcəklər. Bu rezidentlərdən biri xarici şirkətdir. BƏƏ kapitallı şirkət olan “Expert Services FZE” MMAZM tərəfindən Sənaye Parkının 1,2 hektarında ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi reallaşdırılacaq.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Mobil şəhərcikdə rezidentlər üçün konteyner tipli 20 nəfərlik yataqxana, 20 nəfərlik yeməkxana, 2 sanitar qovşağı, anbar, ərzaq mağazası, ofis, bərbərxana, aptek və tibb məntəqəsi quraşdırılıb.
Sənaye Parkının rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə bir çox layihələr təqdim edilib. Bu layihələr hazırda agentlikdə dəyərləndirilir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hazırda ölkədə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilən güzəştlərlə yanaşı, bir çox əlavə stimullaşdırıcı tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

