Dollar ucuzlaşır?
07.01.2023 [10:29]
“Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyi dollarla bağlı hesabat yayıb. Hesabatda qeyd olunur ki, güclü ABŞ dolları inkişaf etməkdə olan ölkələr üçün onsuz da qeyri-müəyyən olan proqnozu çətinləşdirsə də, onun son dövrlərdə zəifləməsi ağır zərbələrə məruz qalan, borc alan dövlətlərə təzyiqləri bir qədər azalda bilər.
“Hazırda 2023-cü ildə ödəmə müddəti başa çatan inkişaf etməkdə olan ölkələrin korporativ borclarının 80 %-i dollarla ifadə edilir və belə dövlətlərin təxminən 24 %-i “BB+” və ya daha aşağı reytinqə malikdir. Dolların məzənnəsi möhkəm qalmaqda davam edərsə, bu, kapital axınının və yenidən maliyyələşdirmə riskinin kəskin artmasına səbəb ola bilər”, - reytinq agentliyinin hesabatında qeyd edilib.
“S&P”nin ekspertlərinin fikrincə, Avropada dolların möhkəmlənməsi inflyasiya təzyiqlərini artıra bilər. Yəni, daha çox ABŞ dolları ilə alınan bahalı enerji fonunda Avropa ölkələrinin valyutalarının ucuzlaşması inflyasiyanın artmasına səbəb olur. Üstəlik, bu, Avropa Mərkəzi Bankının qiymətləri sabitləşdirməsini çətinləşdirir.
“Bizim hesablamalarımıza görə, avronun dollara nisbətdə ucuzlaşması avrozonada inflyasiyaya təxminən yarım faiz bəndi əlavə edib və ev təsərrüfatlarının istehlakını bu səviyyədə azaldıb. Ümumilikdə, ABŞ-da faiz dərəcələrinin yüksəlməsi perspektivi dolları dəstəkləyə və digər mərkəzi bankları daha aqressiv faiz artımlarına müqavimət göstərməyə vadar edə bilər. Eyni zamanda dolların kəskin ucuzlaşması nəticəsində problemlərin yaranması mümkündür. Dolların digər əsas valyutalara nisbətən son zamanlar zəifləməsi bazarda volatilliyi artırmasa da, bu mənada sürətli və ya qeyri-müntəzəm dönüş maliyyə bazarlarında dalğalanmalara səbəb ola və şirkətlər, investorlar üçün problemlər yarada bilər”, - hesabatda vurğulanılıb.
“S&P” analitikləri hesab edirlər ki, mərkəzi bankların inflyasiyanı azaltmaq səyləri faiz dərəcələrinin daha da yüksək olmasına ehtiyac duyulduğunu göstərir: “Hesab edirik ki, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsi 2023-cü ilin ikinci rübündə 5-5,25 %, Avropa Mərkəzi Bankının uçot dərəcəsi isə birinci rübdə 2,25 %-lik göstərici ilə ən yüksək zirvəyə çatacaq”.
İstər qeyd edilən beynəlxalq reytinq agentliyinin, istərsə də müstəqil iqtisadçı ekspertlərin analoji proqnozlarının gerçəkləşəcəyi halda bu proseslərin manatın məzənnəsinə hansı formada təsir göstərəcəyi məsələsini aktuallaşdırır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın milli valyutanın məzənnəsinə təhdidlərinin olmadığını bəyan etdiyini xatırladaraq qeyd edib ki, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna edilmir: “Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da, 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb. “Brent” markalı neftin bir barelinin qiyməti 80 dollardan ucuz təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8.0 faizdən çox dəyər itirib. Bu isə neft ixracatçısı olan ölkələrin valyuta gəlirləri baxımdan arzuolunan deyil. 2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVİD-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. Böyük Yeddiliyin Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızılın” qiymətində artımları xeyli dərəcədə məhdudlaşdırır”.
Millət vəkili onu da vurğulayıb ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: “Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir”.
“Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, - deyə V.Bayramov fikirlərinə yekun vurub.
Əlavə məlumat üçün xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib. Eyni zamanda, USD/AZN məzənnəsinin azı 2026-cı ilə qədər bu səviyyədə qalacağı gözlənilir.
Nicat PAŞA
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

